Bu yaxınlarda Dədə Şəmşirin doğum günü ilə bağlı təşkil olunmuş dəyərli bir məclisdə iştirak etdim. Burada saz və söz adamlarının yeni fikirləri və dəyərli söhbətlərinin şahidi oldum. Folklorşunas alim İslam Sadığın bir söhbəti isə xüsusi marağa səbəb oldu. O bildirdi ki, Osman Sarıvəlli söhbətlərimizin birində dedi ki, S.Vurğun ömrünün son günlərini yaşayanda hər axşam onun yanında olurdum. Söhbətlərin birində dedi ki, Osman, məndən sonra Aşıq Şəmşiri incidəcəklər, onu qoru. Şairin

Kəlbəcər rayonunun Comərd kəndi Tutqunçayın sahilində, Qonqur dağının ətəyində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və

Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər ideyaları əsasında reallaşan qayıdış” mövzusunda tədbir keçirilib. Dalidag.az -ın xəbərinə görə, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyində baş tutan tədbirdə Rəqəmsəl İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Kəlbəcər rayon İcra

Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri

M.İ.Verdiyeva Azərbaycan Dövlət Pedaqoji Universiteti Bakı ş., Ü.Hacıbəyov küç. 68 [email protected] Məqalənin tarixi: Daxil olub: 09 iyul 2022 Təkrar işlənməyə göndərilib: 16 sentyabr 2022 Çapa qəbul olunub: 18 dekabr 2022 Açar sözlər: toponimika coğrafi adların mənşəyi Kəlbəcər toponimi Kənd adları Tarixi mənbələr X ü l a s ə Məqalədə Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra yer adları-nın mənşəyi barəsində çoxsaylı məqalələrin yazılmağa başlanması müsbət hal kimi

Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun

Kəlbəcər və Laçın rayonları ərazisində hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün müxtəlif təyinatlı yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Dalidag.az xəbər verir ki bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, işlər çətin iqlim və relyev şəraitində dayanmadan aparılır.

Ölümün bütün qapıları döyəcəyini bilirik. Onu da bilirik ki, həyatın bu amansızlığından qaçmaq mümkün deyil. Buna rəğmən əzizlərimizin ölə biləcəyini təsəvvür belə etmir və onların bu dünyadan köç etməsini istəmirik. Amma Tanrının bəndəsi üzərində haqqıdır verdiyini bir gün geri almaq. Kəlbəcər eli yenə bir ölüm xəbəri ilə açdı səhərini... Dalidag.az xəbər verir ki, tanınmış qələm adamı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Kəlbəcərin dəyərli ziyalılarından olan Məhəmməd Nərimanoğlunun
Yazı axını