Kəlbəcər rayonunda yük avtomobilinin aşması nəticəsində bir nəfər ölüb. Dalidag.az xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. İlkin məlumata görə, vəfat edən avtomobilin sürücüsü Şəki rayon sakini 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdu. Faktla bağlı araşdırma başlanılıb.

YARIYOL-YARI MƏNZİL YOLÇU... Kəlbəcərin yenidən tikilməsinə ağır yük maşını ilə YÜK daşıyan Yusifin DƏRD daşıyan ata-anasına yarım qalan məktub Bir ildir ki... ...Düz bir ildir ki, çox şey dəyişib. Dünyaya neçə-neçə körpələr gəlib, ata-anasını, nənə-babasını sevindirib. Düz bir ildir ki, neçə gənc toy eib, ailə qurub, xoşbəxt olub. Düz bir ildir, övladlar var ki, ya atasının, ya da anasının uşaq evində gözləməkdən gözləri saralıb. Düz bir ildir ki... Yox, vallah, yenə də, deyəsən, bu yazım

Ö tən gün Kəlbəcərin Vəng kəndi ərazisində mina partlayıb. Dalidag.az -ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə zamanı "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. "Unikal" bildirir ki, bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hazırda

Kəlbəcər yaylaqları artıq nisgilin deyil, bərəkətin ünvanıdır. Yerli sakinlər və çobanlar köç yolları ilə doğma dağlara dönür, təbiət canlanır, həyat axarına qovuşur. Bu dönüş yalnız təsərrüfat baxımından deyil, həm də mənəvi qayıdış və torpağa bağlanma kimi dəyərləndirilir. Dalidag.az İTV-nin Kəlbəcər yaylaqlarından hazırladığı videosüjeti təqdim edir:

Bu gün yerli vaxtla saat 00:13-də Kəlbəcər rayonunda zəlzələ 3 maqnitudalı zəlzələ olub. Dalidag.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə zəlzələ Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Dalidag.az

Baş Prokurorluqda yeni kadr təyinatı olub. Dalidag.az unikal.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib. Ş. Şəmşirli bu təyinatadək Bakı şəhər Prokurorluğunda çalışıb. Qeyd edək ki, Şəmşir Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.

Kəlbəcərə yeni prokuror təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş pokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini İsmayılov İlkin İsmayıl oğlu tutduğu vəzifədən azad edilib. Digər əmrlə isə İ.İsmayılov Kəlbəcərin yeni prokuroru təyin edilib. Dalidag.az

Azərbaycan Ordusunun zabiti vəfat edib. Dalidag.az teleqraf-a istinadla xəbər verir ki, hadisə Kəlbəcər rayonunda yerləşən 'N" saylı hərbi hissələrinin birində baş verib. Əslən Ağcabədi rayonundan olan leytenant Azad Ziyad oğlu Qasımov xidmət etdiyi hərbi hissədə vəfat edib. Mərhum bu gün doğulduğu rayonda dəfn olunacaq. A.Qasımov ailəli idi, bir övladı var. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Nümayəndəliyin əməkdaşları ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki

Atatürk Mərkəzində araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək” kitabının imza günü keçirilib. Dalidag.az xəbər verir ki, tədbir iştirakçıları “Başlıbel: yaranışdan işğaladək” kitabını qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bir kəndin dünəninə güzgü tutan sanballı bir toplu olaraq dəyərləndirdilər. Qeyd olundu ki, “Başlıbel: yaranışdan işğaladək” kitabı bir çox tarixi məqamları özündə əks etdirir. İmza törənində Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı
Yazı axını