44 yaşlı atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən K.N polis əməkdaşları tərəfindən saxlanılıb. Dalidag.az xəbər verir ki, Gəncənin Gülüstan qəsəbəsində qətlə yetirilən 44 yaşlı Elçin Nağıyev Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləyirmiş. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi işğaldan azad edilmiş ərazilərin infrastrukturunun bərpası layihələri çərçivəsində növbəti addımı atır. Dalidag.az xəbər verir ki, quruma kəndin xarici su təchizatı, eləcə də tullantı su şəbəkələrinin və müvafiq qurğuların tikintisi ilə bağlı 7.181.133,08 azn ayrılıb. Layihənin məqsədi kənddə müasir standartlara cavab verən su və kanalizasiya sisteminin yaradılmasıdır.

12 saylı Aşıq Şəmşir adına Kəlbəcər rayon tam orta məktəbin fizika müəllimi Elmira Əvəz qızı Əzimova qəfil dünyasını dəyişib. Doğmalarının verdiyi məlumata görə, mərhumun səhhətində elə də ciddi problem olmayıb. Dalidag.az bildirir ki, Elmira Əzimova Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nigar Qaybalıyevanın bibisidir. Allah rəhmət eləsin! Qeyd edək ki, mərhumun “3-7” yas mərasimi martın 11-də Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yerləşən Fatmeyi Zəhra məscidində keçiriləcək .

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Paytaxtın Qaradağ rayonundan qeyd olunan yaşayış məntəqələrinə köçənlər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Cəbrayıl rayonunun

1993-cü il aprelində Meydançay mühasirəsində həlak olan Bahadur Kamalovun bu günlərdə nəşi tapıldı. Onlar 6 qardaş idilər. Kəlbəcərin Zar kəndində Orucov Məhəmməd və Samovarın ailəsində dünyaya gəlmiş qardaşların yalnız ikisi - Musa və Kamal öz əcəlləri ilə dünyasını dəyişdilər. Musa və Kamal qardaşları isə ömrü boyu qardaşlarının faciəvi ölümlərini və iki müharibənin(İkinci dünya müharibəsi və Qarabağ müharibəsi) acısını ürəklərində, beyinlərində gəzdirdilər. Ailənin xoşbəxt günlərini ilk dəfə

Bu gün əsrlər boyunca düşmənləri tərəfindən hər cür amansızlığa uğramış xalqımızın yaşadığı daha bir dəhşətli faciədən 32 il ötür. Dalidag.az xatırladır ki, 14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-errməni işğalçıları ilə ağır döyüşlər gedib. Döyüşlərdə Azərbaycan Milli Ordusu ağır itki verib. Sərt hava şəraiti, kəskin soyuq, amansız şaxta döyüşü çətinləşdirib və bir yandan canlar alıb. Nəticədə 140 nəfər hərbçi şəhid olub, 111 nəfər hərbçi itkin düşüb. 1337 nəfər hərbçini don vurub.

Kəlbəcər aşıq məktəninin istedadlı nümayəndəsi Nurəddin Şərəfxanlı (Xanlarov) "Ustad aşıq" medalına layiq görülüb. Adından da göründüyü kimi, medal ustad mərhələsinə çatan, aşıq-ozan sənətinin layiqli davamçısı, təbliğatçısı olan sənətkarlara verilir. Dalidag.az xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin təsis etdiyi Medalı aşıq Nurəddin Şərəfxanlıya Birliyin sədr professor Məhərrəm Qasımlı təqdim edib. Sevinc, Dalidag.az

İcra başçısı tərəfindən əsassız işdən çıxarıldığını iddia edən Kəlbəcər rayon İstibulaq kənd sakini Babək Müzəffər oğlu Quliyev ölkə başçısına müraciət edib. Dalidag.az müraciətin mətnini təqdim edir: "Cənab Prezident, yazıb sizə bildirirəm ki, mən Quliyev Babək Müzəffər oğlu 01.11.2012-ci il tarixdən Kəlbəcər rayon İstibulaq KİƏD nümayəndəliyində Baş məsləhətçi -Baş mühasib vəzifəsində işləyirdim.Sizin 10 dekabr sərəncamınıza əsasən yerli İcra Hakimiyyəti nümayəndəliklərində Baş məsləhətçi

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Daşkəsən rayonu, Quşçu kəndi, Quşçu kənd Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon sektorunun Bərdə rayonunun Zümürxan kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 80 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi, Yeni Azərbaycan Partiyasının fəal üzvü Oqtay Sadıq oğlu Salah­ovun 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona Allahdan möhkəm can sağlığı və xoş günlər arzulayıb. Qeyd olunub ki, Oqtay müəllim uzun illik pedaqoji
Yazı axını