30 12 2024, 22:56:03  

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə şəhəri,Ağac Emalı Zavodunun ərazisi, Kəlbəcər rayon 41 nömrəli tam orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib.

Bu Vətən onu sevən, uğrunda heç bir şeyini, canını belə əsirgəməyən igid oğulların sayəsində var və var olacaq. Çünki, onu qoruyan oğullar var və həmişə olacaq. Adını şəhidlik zirvəsinə ucaldan qəhrəman oğullar bir daha təsdiqlədi ki, bu Vətən basılmaz. 44 günlük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı hadisələr göstərdi ki, oğullarımız hər an düşmənə sipərdi. Vətəni Vətən edən o qəhrəmanlardan biri də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Zaur

Ənvər Rza öz layiqli qiymətini almamış şairlərdəndir. Onun 85 illik yubileyi qeyd olunmalıdır. Gəlin, böyük şairimizin yubileyinin keçirilməsi istiqamətində lazımi addımlar ataq. Dalidag.az xəbər verir ki, bu təşəbbüslə şair Elşən Əzim çıxlş edib: "Bu gün görkəmli Azərbaycan şairi, tərcüməçi, filoloq alim Ənvər Rzanın anadan olmasının 85 -ci ili tamam olur. Ənvər Rza 70-80-ci illər poeziyasında özünəməxsus bədii-poetik xüsusiyyətləri ilə seçilən şair idi. Şeirlərindəki səmimiyyət, bədii yük,

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. Dalidag.az -ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb. Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Gəncə şəhəri, Kəlbəcər rayon 99 saylı tam orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər Qocayev səyyar

Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Hazərda Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. 41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı,

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub . Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Xırdalan şəhəri, Kəlbəcər rayon 21 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati

İşğaldan azad olunmuş Kəlbəcər rayonundan yeni görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, kadrlar İTV-də yayımlanıb. Görüntülərdə Kəlbəcərin İstisu qəsəbəsi, qarlı yolları əks olunub. Sözügedən kadrları təqdim edirik: Dalidag.az

Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyi bildirir ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan
Yazı axını