Reklam
İsgəndər Həmidovdan xəbər var- Vəziyyəti...-ŞƏKİL/VİDEO
21-02-2020 21:36
Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov yanvarın 24-dən etibarən koma vəziyyətindədir. Onun səhhəti, mövcud durumu ictimaiyyətin dədiqqətindədir. Bu günə qədər İsgəndər Həmidovun səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. Hətta İsgəndər Həmidovun ölüm xəbərini yazanlar da olub.
Dalidag.az xəbər verir ki, bütün bunları nəzərə alaraq, daha dolğun məlumat əldə etmək üçün musavat.com-un əməkdaşları İsgəndər Həmidovun müalicə aldığı xəstəxanaya baş çəkib.Xəstəxanada İsgəndər Həmidovun müalicəsi ilə məşğul olan professor Adil Qeybulla ilə həmsöhbət olduq. Adil Qeybulla bildirdi ki, İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır, lakin xəstəxanaya gətirildiyi günlə müqayisədə xeyli irəliləyiş əldə edilib.
Adil Qeybulla hazırda reanimasiyada olan İsgəndər Həmidovun yanına yalnız onu müalicə edən həkimlərin buraxılmasına icazə olduğunu söylədi. Bu səbəbdən də içəri daxil olub, İsgəndər Həmidovun görüntülərini ala bilmədik. Lakin həkim bildirdi ki, yaxın günlərdə İsgəndər Həmidovun palataya köçürülməsi planlaşdırılır.
Xəstəxanada həmçinin İsgəndər Həmidovun oğlu Məcid Həmidovu da gördük. Yaşadıqları günün çətinliyi səbəbindən yorğun olduğunu söyləyib, videomüsahibə verməyə razı olmasa da, bəzi fikirlərini bizimlə paylaşdı.
O, söylədi ki, atasının müalicəsi üçün indiyədək bütün xərclər ailəsi tərəfindən qarşılanıb. Məcid Həmidov onu da qeyd etdi ki, indiyədək yalnız 2-3 nəfər siyasətçi xəstəxanaya gələrək, İsgəndər Həmidovla maraqlanıb.
İsgəndər Həmidovun müalicə aldığı xəstəxanadan videoreportajı təqdim edirik:
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Sosium
Tarix: 21-02-2020 21:36
Baxış sayı: 41 476Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























