Reklam

Aqil Məmmədov Şəmkirdə kəlbəcərli məcburi köçkünlərlə görüşdü- ŞƏKİL
26-04-2020 19:10

Dalidag.az xəbər verir ki, köçkünlər məskunlaşdıqları binanın qəzalı vəziyyətdə olduğunu, uzun müddət təmir edilmədiyini, antisanitariyanın hökm sürdüyünü bildirərək vəziyyət barədə dəfələrlə aidiyyatı orqanlara müracət etdiklərini söyləyiblər. Onlar, tezliklə yaşayışa yararsız binadan köçürülmələri üçün deputata və rayon rəhbərliyinə müraciət ediblər.
Köçkünləri dinləyən millət vəkili Aqil Məmmədov mövcud çətinliklərin həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirib: “Ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərə daimi diqqət və qayğı göstərilir. Möhtərəm cənab Prezdinet İlham Əliyevin göstəriş və tapşırığına uyğun olaraq ölkəmizdə bu il də 7 mindən çox mənzilin tikilib məcburi köçkünlərə verilməsi nəzərdə tutulub. Şəmkir rayonunda da bu məqsədlə 7 hektar torpaq sahəsi ayrılıb və dövlət proqramına uyğun olaraq yaxın zamanda ağır şəraitdə, xüsusilə məktəb binalarında məskunlaşmış köçkün ailələr yeni mənzillərlə təmin ediləcək”.
Vətəndaşlarla görüşdə diqqəti bütün dünyanı bürümüş koronavirus (COVID-19) epidemiyasına yönəldən Aqil Məmmədov ölkə Prezidenti İlham Əliyevin üzaqgörən, təxirəsalınmaz qərarları və tapşırıqları sayəsində virusa qarşı ölkəmizdə effektiv mübariz aparıldığını və müsbət nəticələrin əldə olunduğunu bildirib. Bundan sonra da, dövlətin vətəndaşların sağlamlığı və rifahı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb: “Sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş karantin rejiminin tələblərinə qeyri-şərtsiz əməl etməli, cəmiyyətimizin və dövətimizin gələcəyi naminə əl-ələ verərək Cənab Prezidentin epidemiyaya qarşı apardığı effektiv tədbirlərə dəstək verməlidir”
Dalidag.az





Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
