Reklam
Kəlbəcəri, Qarabağı azad görmək istəyirdi...
17-04-2020 15:04
Qalib Məmməd oğlu Hacıyev 04 sentyabr 1957-ci ildə Kəlbəcər rayonunda həkim ailəsində anadan olmuşdur.1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbi qızıl medalla bitirmişdir.1975-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş,1980-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.Elə həmin ildən təyinatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin göndərilmiş, 1980-ci ildən 2000-ci ilədək həmin Mərkəzdə müxtəlif vəzifələrdə çalışmaqla Şöbə rəisi vəzifəsinədək yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2000-ci ildən 2007-ci ilədək Əli-Bayramlı Rayon Məhkəməsinə hakim, 2007-2017-ci illərdə Qobustan Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin edilmiş və 10 il müddətinə Qobustan Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. Hüquq elmləri namizədidir. 2017-ci ildən təqaüdə çıxmışdır.

14 aprel 2020-ci il tarixdə qəflətən ürək çatışmamazlığı xəstəliyi diaqnozu ilə Qalib Hacıyev çox erkən yaşlarında haqq dünyasına qovuşdu. Qalib müəllimin vaxtsız vəfatı ailə üzvləri ilə bərabər həmkarlarını, xüsusilə dostlarını və rəhbərlik etdiyi kollektivi çox sarsıtdı. İki övladı, 1 nəvəsi var.
Allah rəhmət eləsin!
Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.
Mahir Həsənov.kalbajar.com
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 17-04-2020 15:04
Baxış sayı: 41 209Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























