Reklam
Kəlbəcər rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım etdi- Şəkillər
15-04-2020 11:47
Məlumdur ki, hal-hazırda bütün dünyada tüğyan edən koronovirus dalğası Azərbaycandan da yan ötməyib.Dalidag.az bildirir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin problemlə bağlı çağırışından sonra bütün dövlət orqanları bu işə səfərbər olunub. Xüsusi karantin rejimi müddətində istər dövlət, istərsə də ayrı-ayrı təşkilatlar tərəfindən aztəminatlı ailələrə yardım göstərilir. Kəlbəcər rayon İcra Hakimiyyəti də bu çağırışa qoşularaq, aksiyaya dəstək verib. Belə ki, Bakı şəhərində məskunlaşmış aztəminatlı kəlbəcərli ailələr Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən gündəlik zəruri ərzaqla təmin olunub. İcra hakimiyyətinin əməkdaşları sakinlərin ehtiyac və qayğıları ilə maraqlanıb. Sakinlər göstərilən diqqət və qayğıya görə, cənab prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Natiq İsmayıloğlu
Dalidag.az





Kateqoriya: Kəlbəcər / Sosium
Tarix: 15-04-2020 11:47
Baxış sayı: 41 751Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























