Reklam
Dilqəm Əsgərovdan XƏBƏR VAR
29-02-2020 14:55
Xəbər verdiyimiz kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları erməni girovluğunda saxlanılan azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Dalidag.az xəbər verir ki, moderator.az-ın əməkdaşı D.Əsgərovun oğlu Kürdoğlu Əsgərovla əlaqə saxlayıb və o, sayta açıqlamasında atasından qısa məktub aldığını deyib:
“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları fevral ayı ərzində atamgilə baş çəkiblər. Görüş reallaşandan sonra girovların ailəsinin narahatçılığını nəzərə alaraq bizimlə əlaqə saxladılar. Onların bizə dediklərinə görə atamın səhhətində elə bir ciddi problem yoxdur. Hətta atamdan qısa bir məktub da aldım və orda atam hamıya salam deyirdi. Yenə həmişəki kimi görüntü təqdim olunmadı. BQXK nümayəndələri deyirlər ki, atam görüntü yollamaq istəmir.
Mən fürsətdən istifadə edib mətbuat vasitəsilə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət edərək demək istəyirəm ki, artıq 6 ilə yaxındır ki, atam erməni girovluğundadır. Onlar atamgilin girovluqdan azad olunmaq istiqamətindəki addımlarını daha da artırsınlar və ailəmiz adından onlara öz təşəkkürümüzü bildiririk. Bu günki gün yegannə qurum onlardır ki, atamgilə baş çəkib, bizə məlumat verirlər”.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-02-2020 14:55
Baxış sayı: 4997Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















