Reklam
İsgəndər Bozqurd öldü, deməyin, çünki vuruşub ŞƏHİD OLDU!
27-02-2020 09:56
Başın sağ olsun, Vətən!(İsgəndər Bozqurda ağı)
Ay gidi dünya, gör kimə qıydın? İsgəndər bəy də ölərmi(ş)?! Türk bahadırı Alp Ər Tonqaya həsr edilən sağu -ağı yada düşür :
“Alp Ər Tonqa öldümü?
Gidi dünya qaldımı?
Ödlək (zaman) öcün aldımı?
İndi ürək yırtılır. “
İsgəndər bəyin ölümü də ürəklərimizi beləcə yırtdı. Bir igidimiz də Qarabağ yanğısı ilə üzü ŞUŞA QİBLƏMİZƏ donub qaldı. Böyük oğlu Məcid oğulluq borcuna sona qədər sadiq qaldı, Nofəl oğlu ən ağır anda hospital otağındakı yatağı başına dolana -dolana Qurandan atasına yardımçı olmağı dilədi. Tanrı, elə bil, diləyi qəbul etdi, on gündən çox möhlət verdi ... İki gün öncə hətta palataya da köçürüldü, qardaş əvəzi bacanağı Kamran da həmin gecəni onunla birlikdə palatada qalacağına uşaq kimi elə sevindi ki! ... Nə yazıq, fevralın 26-da 28 illik qəm-kədərimizin, ağrı-acımızın üstünə alp igidimizin itkisi, ağrısı da gəldi. İndi ürək yırtılır. “Düşmən çəpəri” igidlərimizdən biri də düşmənlə savaşda bizi yarıyolda qoydu. İsgəndər Bozqurd öldü, deməyin, çünki son nəfəsinə kimi vuruşub şəhid oldu! Dədə Məmmədin (şair Məmməd İlqar) ölməz misraları ruhumu oxşayır :
“Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun!
Biz ölməyə doğuluruq,
Torpağın -daşın sağ olsun!“
Məğrur Bədəlsoy
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 27-02-2020 09:56
Baxış sayı: 42 968Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























