Reklam
Kəlbəcərin icra başçısı nə qədər maaş alır?
21-02-2020 19:33
Dalidag.az xəbər verir ki, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir.
Həmin sərəncamla Prezidentin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib.
Sərəncama əsasən, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.
Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.
Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.
Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.
Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır.
Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 21-02-2020 19:33
Baxış sayı: 31 111Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17





























