Reklam
Əziz Qənbərov:"Seçicilərimin səslərinin qorunması uğrunda mübarizəm davam edir"
14-02-2020 20:30
Dəyərli və Əziz KƏLBƏCƏRLİLƏRİM! Hüquqi müstəvidə Sizlərin səslərinin qorunması uğrunda addımlarım davam edir. Bu gün 14.02.2020-ci il tarixdə mənim şikayətim əsasında 123 saylı Kəlbəcər Seçki Dairəsində iclas keçirildi. İclasın məqsədi mənim şikayətimə baxılması ilə bağlı qərar qəbul etmək idi. İclas zamanı vəsatət verdim ki, seçkidə iştirak edən seçicilərin müəyyən edilməsi məqsədi ilə seçici siyahılarını əks etdirən cədvəl iclasda araşdırılsın. Vəsatətim təmin edilmədi. Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən bu gün seçicilər tərəfindən daxil olan məlumatlar əsasında bütün məntəqələrdə olan qanun pozuntuları barədə şikayətimə əlavəni yazılı şəkildə təqdim etdim. Əlavə şikayət araşdırma materiallarına daxil edilsə də araşdırılmadan imtina edildi. Yazdığım şikayət üzrə Seçki Məcəlləsinin tələblərinin pozulması qəbul edilsə də hələlik yalnlız 16 saylı Seçki Məntəqəsinin (Məntəqə sədri Kamran Nəsibov) nəticələri ləğv ediləcəyi barədə qərar veriləcəyi bildirildi. Əlavə olaraq komissiya üzvləri qeyd etdi ki, qanun pozuntusuna yol vermiş bütün Məntəqə sədrləri cəzalanacaq. 12.02.2020-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına etdiyim şikayətlə bağlı materiallar Kəlbəcər Dairəsinə hələ daxil olmadığı üçün ona baxılması MSK sənədi göndərdikdən sonraya saxlanıldı. Təbii ki, mübarizəmiz sivil qaydada davam edərək Dairə Seçki Komissiyasının qərarında MSK-ya şikayət veriləcəkdir.
Əziz Qənbərov, vəkil,
123 saylı Kəlbəcər Seçki Dairəsindən namizəd
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 14-02-2020 20:30
Baxış sayı: 31 698Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























