Əziz Qənbərov Prezidentə, Birinci vitse-prezidentə və DİN rəhbərinə müraciət etdi

07-02-2020 10:30
123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərov Prezident İlham Əliyevə, Birinci-Vitse Prezident Mehriban Əliyevaya və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.

Dalidag.az həmin müraciətin mətnini təqdim edir:

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya

Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli Vilayət müəllim!

Ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsi kimi Milli Məclisin vaxtından əvvəl buraxılması xalqımızda böyük ruh yüksəkliyi və bu seçkilərə böyük ümidlər yaratmışdır.
Sizlərin xalqa çağırış edərək bu seçkilərin ənənəvi seçkilər kimi olmayacağı bəyanatı isə bu ruh yüksəkliyini daha da artırmışdır.
Xüsusən Milli Məclisdə gənclərə yer verilməsi ilə bağlı xalqımıza çağırışınız məni də bir gənc olaraq ruhlandırmış və 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyimin irəli sürülməsinə səbəb olmuşdur.
Hazırda namizədliyimi irəli sürdüyüm dairədə qeydiyyatda olan Kəlbəcərli seçicilər də Sizin bu çağırışınızdan yüksək ruhlanaraq həmişə olduğu kimi dövlət və dövlətçiliyimizə xidmət naminə bu seçkilərdə aktiv iştirak edirlər.
Aparılmış sosial sorğular nəticəsində məlumdur ki, Kəlbəcər seçicilərinin 70%-i məhz Sizin çağırışınızdan ruhlanaraq özlərinə layiqli gənc namizəd kimi məni Milli Məclisdə görmək istəyirlər.
Lakin buna baxmayaraq Kəlbəcər seçicilərini ruhdan salmaq üçün Sizin iradənizin ziddinə olaraq məqsədli şəkildə Kəlbəcər rayonunda fəaliyyət göstərən inzibati orqanlardan istifadə edərək artıq Milli Məclisə təyinatın olduğu şayələrini yaymaqdan belə çəkinmirlər. Dövlət orqanlarının əməkdaşlarının bu cür təbliğat aparılması seçkinin BAYKOT edilməsinə hesablanmışdır və əhalinin seçkiyə olan marağını azaldaraq öz saxtakarlıqlarını rahat şəkildə həyata keçirmək üçün atılmış bir addımdır.
Əlavə etdiyim bu videoda olan problemlərin bəzilərini Sizlərin diqqətinə çatdırıram. Yerli məmurların "XİDMƏT"lərinin nəticəsi olan bu cür problemlərin olması dövlətlə xalq arasında etimadsızlıq mühitini formalaşdırır ki, bu da Sizin siyasətinizə tamamilə ziddir.
Bu gün həmin məmurlardır ki, məmur olduqları vaxtı xalqa heç bir xidməti olmadığı halda namizəd olub xalqı təmsil etmək sevdasına düşübdürlər.
Mən əminəm ki, Siz bu seçkidə ciddi iradə nümayiş etdirərək saxtakarlıqlara yol verən şəxsləri ciddi şəkildə cəzalandıraraq xalqı ümidsizlik sindiromundan xilas edəcəksiniz. Çünki son zamanlar ölkəmizin ən üst səviyyəli məmurlarının işində olan nöqsanları ilə bağlı tutduqları vəzifədən azad edilməsi, hətda bəzilərinin cinayət məsuliyyətinə cəlb edilməsi bunu deməyə əsas verir.
Sonda sadaladıqlarımla bərabər bu seçkidə müşahidə etdiyim yaxşı bir halı da Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Belə ki, seçki kompaniyası dövründə seçicilərimlə görüşlərdə heç bir polis zorakılığına rast gəlmədim. Əksinə polislərimiz bu seçki prosesində əlində gələn köməkliyi edərək təhlükəsiz şəraitdə seçicilərimlə görüşümə şərait yaratmışdırlar. Ona görə də Daxili İşlər Naziri cənab Vilayət Eyvazov başda olmaqla, Kəlbəcər, Gəncə və seçicilərlə görüşlər keçirdiyim digər rayonlarda fəaliyyət göstərən polis əməkdaşlarına və rəhbərlərinə təşəkkür edirəm.

Dalidag.az

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya Daxili İşlər Naziri cənab Vilayət Eyvazova Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hörmətli Vilayət müəllim! Ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsi kimi Milli Məclisin vaxtından əvvəl buraxılması xalqımızda böyük ruh yüksəkliyi və bu seçkilərə böyük ümidlər yaratmışdır. Sizlərin xalqa çağırış edərək bu seçkilərin ənənəvi seçkilər kimi olmayacağı bəyanatı isə bu ruh yüksəkliyini daha da artırmışdır. Xüsusən Milli Məclisdə gənclərə yer verilməsi ilə bağlı xalqımıza çağırışınız məni də bir gənc olaraq ruhlandırmış və 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyimin irəli sürülməsinə səbəb olmuşdur. Hazırda namizədliyimi irəli sürdüyüm dairədə qeydiyyatda olan Kəlbəcərli seçicilər də Sizin bu çağırışınızdan yüksək ruhlanaraq həmişə olduğu kimi dövlət və dövlətçiliyimizə xidmət naminə bu seçkilərdə aktiv iştirak edirlər. Aparılmış sosial sorğular nəticəsində məlumdur ki, Kəlbəcər seçicilərinin 70%-i məhz Sizin çağırışınızdan ruhlanaraq özlərinə layiqli gənc namizəd kimi məni Milli Məclisdə görmək istəyirlər. Lakin buna baxmayaraq Kəlbəcər seçicilərini ruhdan salmaq üçün Sizin iradənizin ziddinə olaraq məqsədli şəkildə Kəlbəcər rayonunda fəaliyyət göstərən inzibati orqanlardan istifadə edərək artıq Milli Məclisə təyinatın olduğu şayələrini yaymaqdan belə çəkinmirlər. Dövlət orqanlarının əməkdaşlarının bu cür təbliğat aparılması seçkinin BAYKOT edilməsinə hesablanmışdır və əhalinin seçkiyə olan marağını azaldaraq öz saxtakarlıqlarını rahat şəkildə həyata keçirmək üçün atılmış bir addımdır. Əlavə etdiyim bu videoda olan problemlərin bəzilərini Sizlərin diqqətinə çatdırıram. Yerli məmurların "XİDMƏT"lərinin nəticəsi olan bu cür problemlərin olması dövlətlə xalq arasında etimadsızlıq mühitini formalaşdırır ki, bu da Sizin siyasətinizə tamamilə ziddir. Bu gün həmin məmurlardır ki, məmur olduqları vaxtı xalqa heç bir xidməti olmadığı halda namizəd olub xalqı təmsil etmək sevdasına düşübdürlər. Mən əminəm ki, Siz bu seçkidə ciddi iradə nümayiş etdirərək saxtakarlıqlara yol verən şəxsləri ciddi şəkildə cəzalandıraraq xalqı ümidsizlik sindiromundan xilas edəcəksiniz. Çünki son zamanlar ölkəmizin ən üst səviyyəli məmurlarının işində olan nöqsanları ilə bağlı tutduqları vəzifədən azad edilməsi, hətda bəzilərinin cinayət məsuliyyətinə cəlb edilməsi bunu deməyə əsas verir. Sonda sadaladıqlarımla bərabər bu seçkidə müşahidə etdiyim yaxşı bir halı da Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Belə ki, seçki kompaniyası dövründə seçicilərimlə görüşlərdə heç bir polis zorakılığına rast gəlmədim. Əksinə polislərimiz bu seçki prosesində əlində gələn köməkliyi edərək təhlükəsiz şəraitdə seçicilərimlə görüşümə şərait yaratmışdırlar. Ona görə də Daxili İşlər Naziri cənab Vilayət Eyvazov başda olmaqla, Kəlbəcər, Gəncə və seçicilərlə görüşlər keçirdiyim digər rayonlarda fəaliyyət göstərən polis əməkdaşlarına və rəhbərlərinə təşəkkür edirəm.

Опубликовано Əziz Qənbərov Четверг, 6 февраля 2020 г.




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 07-02-2020 10:30
Baxış sayı: 41 001
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını