Reklam
Əziz Qəmbərov Gəncədə seçicilərlə görüşdü- ŞƏKİLLƏR
05-02-2020 18:40
9 fevral növbədənkənar seçki gününə sayılı günlər qalır. Bununla əlaqədar seçki qanunivericiliyinə əsasən deputatlığa namizədlərin yanvar ayının 17-dən start götürmüş təbliğat-təşviqat kampaniyası davam edir.
Dalidag.az xəbər verir ki,123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərov da seçicilərlə görüş aktivliyini qoruyub saxlamaqdadır. O, Azərbaycanın müxtəlif regionlarına səpələnmiş seçiciləri ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, şəraitləri ilə yaxından tanış olur. Hər görüşdə izdihamla qarşılaşan vəkilin növbəti görüşü Gəncə şəhərində ayrı-ayrı məkanlarda baş tutub.

Gəncə şəhərində Yeni qəsəbə deyilən ərazidə məskunlaşmış kəlbəcərlilərin də birinci tələbi və istəyi Kəlbəcərə qayıtmaq, doğma torpağa qovuşmaqdır. Ə.Qəmbərov digər görüşlərdə olduğu kimi burda da seçicilərin problemlərini dinləyib, təklif və iradlarına münasibət bildirib, suallarını cavablandırıb. Platforması ilə seçicilərini tanış edən vəkil, problemlərin həll olunması istiqamətində atılacaq addımlardan da danışıb.Namizədə dərdlərini danışan qəsəbə sakinləri bildiriblər ki, hal-hazırda “yaşadıqları” ərazi böyük zavodlarla əhatə olunduğundan zəhərli tüstü-dumanı udmaq məcburiyyətindədirlər ki, bu da xəstəliklərə yol açır. Bir sözlə, sakinlər arasında ”Çernobıl” qəsəbəsi adlandırılan ərazidə təmiz hava üzünə həsrət qalıb, onsuzda dərdi az olmayan kəlbəcərlilər. 

Gülüstan qəsəbəsində Kəlbəcər qərərgahı deyilən ərazidə də eyni izdihamla qarşılanıb Ə.Qəmbərov. Bu məkanda məskunlaşmış kəlbəcərlilər də ilk nöbbədə torpaq həsrətinə son qoyulması tələbində və istəyində olduqlarını dilə gətiriblər. Ə.Qəmbərov bu ərazidə də seçicilərin yaşayış şəraiti ilə yaxından tanış olub, qayğı və problemləri ilə maraqlanıb. Məlum olub ki, sakinlərin ən çox əziyyət çəkdiyi problem işsizlikdir. Sakinlərin hələ də uçuq-sökük yataqxana şəraitində acınacaqlı durumda yaşadığı da məlum olub.

Səmimi ortamda keçən görüşlərin sonunda hər iki ərazinin sakinləri Əziz Qəmbərovu dəstəklədiklərini və ona səs verəcəklərini bildiriblər.Dalidag.az
























Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 05-02-2020 18:40
Baxış sayı: 41 781Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















