Reklam
Kəlbəcərli ziyalı, keçmiş diaspor rəhbəri Əjdər İlyasov həmyerlilərinə müraciət etdi
03-02-2020 12:21
Kəlbəcər ziyalısı, şair, xarici ölkədə uzun müddət diaspor rəhbəri olmuş Əjdər İlyasov Kəlbəcərli seçicilərə müraciət edib.Dalidag.az müraciətin mətnini təqdim edir:
"Dəyərli Kəlbəcərlilərim, hörmətli soydaslarim, her birinizi salamlayiram. Allahın nəzəri və salamı üzərinizdə olsun! Əziz həmyerlilərim, bildiyiniz kimi ölkə başçısı Cənab Prezidentimiz İlham Əliyevin sərəncamıyla buraxılmis Milli Məclisə deputatlar seçmek üçün, 09 fevral 2020-ci il tarixdə ölkəmizdə növbədənkənar seçkilər elan edilmişdir. Yaranmış bu zərürətdən bir qrup Kəlbəcər ziyalıları da, tam faydalı şəkildə istifadə etmək qərarına gələrək, 123 sayli Kəlbəcər rayon seçki dairəsindən gənc bir həmyerlimizi, 38 yaşlı Qəmbərov Əziz Həbib oğlunu dəstəkləyərək, namizədliyini irəli sürmüsdür. Bu təşəbbüs qrupunun tərkibində bir cox Kəlbəcərli elm adamları, alimlər, həkimlər, ziyalilarla yanaşi mən de öz xeyir-duami verərək, Əziz Qəmbərovun namizədliyinə və millət vəkili olmasina hə deyənlərdənəm. Dəyərli soydaslarim bəlkə də, bu növbədənkənar deputat seçkiləri bizim üçün bir qurtuluş fürsəti və öz səsimizi ictimaiyyətə çatdirmaq üçün verilmiş bir şansdir. Hər bir seçici öz vətəndaşlıq borcunu yerinə yetirərək bu səsvermə hüququndan istifadə etməlidir. Ona görə də hər birinizi secki məntəqələrinə səsləyərək öz seçiminizi etməyə, Kəlbəcərə ve kəlbəcərlilərə layiq namizədi seçməyə çağırıram. Əziz Həbib oğlu Qəmbərovun kəlbəcərlilərə sədaqət və ləyaqətlə vəkillik edəcəyinə əminəm. Belə ki, nümunəvi millət vəkili olmaq ucun bu gənc həmyerlimiz bütün xüsusiyyətlərə, gənclik enerjisinə, ali huquqi təhsilə, cəsarət ve yuksək vətənpərvərliyə malikdir. Hər birinizə Əziz Qəmbərova dəstek olub , səs verməyi tövsiyə edirəm ki, Kəlbəcərimiz və kəlbəcərlilərimiz qazansin!
Hər kəsə hörmət və ehtiramla Kəlbəcər sevdalı soydaşıniz Əjdər Əslisaf İlyasov"
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 03-02-2020 12:21
Baxış sayı: 32 016Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















