Reklam
Əziz Qənbərov Gənclər Günündə gənclərə müraciət etdi
02-02-2020 20:21
Xəbər verdiyimiz kimi bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərov bu münasibətlə gənclərə müraciət edib.
Dalidağ.az müraciətin mətnini təqdim edir:
"Əziz gənclər!
Mən gənclik anlayışını fiziki baxımdan çərçivələndirmək istəmirəm. Hansı yaşda olmasından asılı olmayaraq özünü gənc və enerjili hiss edən, öz fəaliyyəti ilə yaxşı mənada nümunə olan hər kəs gəncdir məncə. Gənclik böyük qüvvədir. Hər birimiz bunu dərk etməli və öz gücümüzü imkanlarımız daxilində xalqımız, vətənimiz, dövlətimiz naminə istifadə etməliyik. Bu istiqamətdə səylərimizi birləşdirməli, daha da güclü olmalıyıq. Gəncliyin gücünü nümayiş etdirmək üçün hər birinizi qarşıdan gələn parlament seçkilərində fəal olmağa, öz taleyimizə biganə qalmamağa çağırıram.
Hər birinizi Gənclər günü münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzu edirəm!"
Dalidağ.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 02-02-2020 20:21
Baxış sayı: 31 357Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























