Reklam
Əziz Qənbərov Tərtərdə seçiciləri ilə görüşdü- ŞƏKİLLƏR
01-02-2020 20:42
9 fefral seçki gününə sayılı günlər qalıb. Deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir.123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd Əziz Qənbərov da daim seçiciləri ilə bir yerdədir. O, mütəmadi olaraq ayrı- ayrı ünvanlarda seçicilərin görüşünə gedir.
Dalidag.az xəbər verir ki, növbəti belə görüş Tərtər rayonunda baş tutub. Ə.Qənbərov kəlbəcərlilərin sıx məskunlaşdığı ərazidə sakinlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilərin təklif və iradlarını dinləyib, suallarını cavablandırıb. Sonra namizəd sakinləri platforması ilə tanış edib. Tanınmış vəkilin görüşünə gələn seçicilər bir nəfər kimi qeyd ediblər ki, kəlbəcərlilərin ilk və ən böyük istəyi Kəlbəcərə qovuşmaqdır. Söhbət əsnasında sakinlərin ən çox işsizlikdən əziyyət çəkdiyi məlum olub. Səmimi keçən görüşün sonunda seçicilər Əziz Qənbərovu dəstəklədiklərini və ona səs verəcəklərini bildiriblər.
Dalidag.az















Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 01-02-2020 20:42
Baxış sayı: 41 131Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























