Reklam

Kəlbəcərli girovlardan XƏBƏR VAR
31-01-2020 21:18

Dalidag.az xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Azərtac-a açıqlamasında deyib.
A.Bağırov bildirib ki, bütün tərəflər - həm Azərbaycan hökuməti, həm də girovları qanunsuz saxlayan Ermənistan hökuməti müvafiq rəyləri məhkəməyə təqdim etmək üzrədirlər. Beləliklə, bu məsələnin baxılıb həll olunması üçün hər hansı əngəl qalmayıb. Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən müraciətlə bağlı lazımi prosedurlar mütəmadi qaydada davam etdirilir. Hesab edirik ki, qısa zamanda bu məsələyə baxılacaq və bu ədalətsizliyə, qanunsuzluğa, qeyri-insani rəftara, işgəncələrə, qanun və beynəlxalq hüquq normalarının pozuntusuna son qoyulacaq.
Xatırladaq ki, 2014-cü ildə həmvətənlərimiz Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində qondarma, marionet rejim olan “Dağlıq Qarabağ respublikasının xüsusi xidmət orqanları” (əslində isə Dağlıq Qarabağa nəzarət edən işğalçı Ermənistan) tərəfindən əsir götürülüb. Həmyerlilərimiz qondarma Dağlıq Qarabağda qurulan “oyuncaq məhkəmə”yə cəlb ediliblər. Bu “məhkəmə”nin 2014-cü il 29 dekabr tarixli “qərarı” ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına “məhkum olunublar”.
Dalidag.az




Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar