Reklam
Kəlbəcərlilər kimi seçəcək?
29-01-2020 21:06
Bildiyimiz kimi bu il fevral ayının 9-da Milli Məclisə növbədənkənar deputat seçkiləri keçiriləcək. Bu seçkidə 123 saylı Kəlbəcər seçki dairəsindən 10 nəfər namizədliyini irəli sürüb. Müxtəlif peşə sahibi olan həmyerlilərimiz mandat uğrunda mübarizə aparacaq. Ancaq bu məsuliyyətli, eyni zamanda vicdan, yurd-yuva sevgisi tələb edən mövqedə yer tutmaq istəyən hansı namizəd haqlıdır, kimin daha çox haqqı var o kürsüdə əyləşməyə?!! Zamanla doğru olmayan seçimlərin sonradan başımızı ağrıtdığının şahidi olduq. Biz onda uduzduq ki, göstərişə və sifarişə daha çox fikir verdik. İllərdir ki ən ali kürsüdən-parlament kürsüsündən, həm də elə ən ağrılı problemimiz olan Qarabağ məsələsini qaldıran deputatlarımız olmadı. Susdular, ağızlarına su alıb. Özlərini "qorudular", obyektlərini saxladılar. Məişət məsələləri məmləkətin, millətin taleyüklü probleminin həllinə imkan vermədi. 30 ilə yaxındır ki, gözəgörünməz bir qüvvənin gəlişini, xilasını, gözləyirik - itirdiyimiz torpaqları bər-bəzəkli məcməidə gətirib bizə qaytaracaq. Dəyərli yurddaşlar, bu gün seçəcəyimiz deputatdan bir şeyi-ancaq Qarabağ məsələsini həll etmək uğurunda mübarizə aparmasını istəməliyik. Biz vətənpərvər, vicdanlı, intelektual, savadlı, öz fikri, müstəqil olan namizədə səs verməliyik. Eləsinə ki Kəlbəcərimizi, yer-yurdumuzu, əhalimizi sevən, mübarizə aparan olsun(İsi Məlikzadənin Fatı otur, Fatı dur obrazını canlandıran olmasın). Bir də bir şeyi nəzərə alın, bu gün evinizin "əziz qonağı" olan, əlinizdən öpən kəslər sabah əl uzatmayacaq.
Dalidag.az 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə namizədlərin siyahısını təqdim edir. Seçim sizindir!
1.Ələkbərov Vüqar Eyvaz oğlu
2.Əliquliyev İsmayıl Türkel Ələddin oğlu
3.Əşrəfov Vaqif Əliabbas oğlu
3.Həsənov Nizami Şirin oğlu
4.Hüseynov Sirac Vəli oğlu
5.İmaməliyeva Kəmalə Məmməd qızı
6.Mamedov Xəqani Şirin oğlu
7.Məmmədov Aqil Sadıq oğlu
8.Məmmədov Rasim Eldar oğlu
9.Qənbərov Əziz Həbib oğlu
10.Süleymanov Səxavət Ellaz oğlu
Nigar Nəriman
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 29-01-2020 21:06
Baxış sayı: 12 511Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















