Reklam
Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı”sı işıq üzü gördü
24-01-2020 21:21
Yazıçı Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” adlı kitabı çap olundu. Kitab müəllifin son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Köşə yazıları və hekayələrində uşaqlarda erkən yaşlardan kitaba maraq oyatmaq qaydalarına, ədəbiyyatın, mütaliənin təbliğinə geniş yer verilmişdir. Həm müharibə, həm də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasını yazıların onurğa sütunu hesab etmək olar. Kitabda feysbuk statuslarının da yer alması müəllifin gündəlik həyatımızda baş verənlərə subyektiv yanaşmasını nümayiş etdirir. Yazıçı fərdi yaşantılarını oxuculara nəsrdən əlavə ilk kitabından seçmə şeirlərilə də çatdırır. “Xan” nəşriyyatında çap olunan kitabın redaktoru yazıçı-publisist İntiqam Mehdizadə, korrektoru yazıçı-tərcüməçi Səbuhi Şahmursoydur.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 24-01-2020 21:21
Baxış sayı: 2757Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























