Reklam
Nəsib Nəbioğlu:"Ömrümüz nağıla qoşuldu belə, nağıllara uyduq, bəsdi, Əlövsət!"
23-01-2020 15:32
"...Yaman ləngimişik, gəl çıxaq gedək,Dağlar əbədilik küsdü, Əlövsət!.."
Dalidag.az Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, tanınmış şair Nəsib Nəbioğlunun "Azərnəşr"in baş redaktoru, keçmiş millət vəkili, əməkdar jurnalist Əlövsət Ağalarova ünvanladığı həsrət yüklü, göynək şeirini təqdim edir:
ƏLÖVSƏT
Gözümdə min şəhid qanıdı dünya,
Əzəldən bilirəm fanidi dünya,
Bizi yazıq görüb tanıdı dünya,
Xıncım-xıncım etdi, kəsdi, Əlövsət!
Dərdinə şahiddi günəş də, ay da,
Özün bu tərəfdə, qəlbin o tayda,
Murovun başında Kəlbəcər boyda,
O rüzgar hayandan əsdi, Əlövsət?
Gəl köhnə dərdimi gözə ahına,
Bir ağı deyimmi təzə ahına?
Ürəyim qalmadı dözə ahına,
Bu necə nalədi, səsdi, Əlövsət!
Xəyal pərvazlandı, quş oldu belə,
Yoxsa ürəyimiz daş oldu belə?
Ömrümüz nağıla qoşuldu belə,
Nağıllara uyduq, bəsdi, Əlövsət!
De harda haqsızıq, harda haqlıyıq?
Biz ki, yaranandan haqqa bağlıyıq,
Gör neşə ildir ki, sinədağlıyıq,
Yolumuz dumandı, sisdi, Əlövsət!
Qəmli könlümüzü ovudaq gedək,
Keçilməz sədləri dağıdaq, gedək,
Yaman ləngimişik, gəl çıxaq gedək,
Dağlar əbədilik küsdü, Əlövsət!
Nəsib Nəbioğlu
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 23-01-2020 15:32
Baxış sayı: 21 266Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















