Reklam
Viktor Hüqonun "Kasıb uşaqlar"ı tapıldı...
22-01-2020 10:35
Məşhur fransız yazıçısı Viktor Hüqonun yazdığı şeir Fransanın şərqində, onun adını daşıyan kollecdə təsadüfən aşkar edilib.Dalidag.az bildirir ki, kollecin işçiləri arxiv sənədləri və mühasibat hesabları saxlanılan dolabların birində Viktor Hüqo tərəfindən imzalanmış "hər kəsin unutduğu" nadir bir əlyazmaya rast gəliblər. Hadisə, yeni il ərəfəsində ümumi təmizləmə işləri aparılan zaman baş verib.
Əlyazmanın təxminən 150 yaşı olsa da çox yaxşı vəziyyətdə qaldığı bildirilir. Hazırda aşkar edilən raritet şüşə altına qoyularaq tədris mərkəzinin direktor otağının divarlarından birini bəzəyir.
Tapılan əlyazmadakı qısa şeir "Kasıb uşaqlar" adlanır. Kollec bu əlyazmanı 1951-ci ildə əldə edib.
Məlumata görə, müəllif doğma şəhəri olan Bezansonda bu əlyazmanı kasıb uşaqlara yardım məqsədi ilə keçirilən lotereyaya hədiyyə edib. Naməlum bukinist həmin əlyazmanı lotereyanın qalibinin oğlundan satın alıb və 1951-ci ildə Viktor Hüqonun adını daşıyan kollecə 6 min franka satıb.
Əlyazmadakı şeir 1837-ci ildə dərc edilmiş "Daxili səslər" yığmasından olan "Dieu est toujours là" (Tanrı hər zaman burdadır) əsərinin bir hissəsidir.
Bezansondakı kollec, Fransada Viktor Hüqonun adını daşıyan ilk təhsil müəssisəsidir. Onun adı kollecə 1885-ci ildə yazıçının dəfnindən bir gün sonra verilib.trend
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 22-01-2020 10:35
Baxış sayı: 3553Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















