Reklam
Aqil Məmmədov istefa verəcək? - SƏBƏB
27-12-2019 22:00

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb.
Dalidag.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan icra başçısı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ona göstərilən etimada görə təşəkkür edib:
"Bugünkü siyahıda mənim də adımın olması sevinclə yanaşı, böyük məsuliyyət hissi yaradır. Çalışacağam, YAP tərəfindən mənə göstəilən bu etimadı doğruldum”.
A.Məmmədov bildirib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada deputat seçiləcəyi təqdirdə icra başçısı vəzifəsindən istefa verəcək:
"Qanunvericiliyə görə, deputat seçilərəmsə, hazırkı vəzifəmdən azad olunmalıyam. Öz hesabıma məzuniyyətə çıxacağam, yaxud istefa verəcəyəm, buna YAP tərəfindən mənə rəsmi sənəd daxil olanda qərar verəcəyik”.
Qeyd edək ki, bundan əvvəl 123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Cavid Qurbanov olub.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 27-12-2019 22:00
Baxış sayı: 21 007Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























