Reklam
Qulu Məhərrəmlidən “Gələcəyə ön söz”
25-12-2019 15:01

Qulu Məhərrəmlinin publisistik məqalələr toplusu işıq üzü gördü.
Dalidag.az-ın məlumatına görə “Altun kitab” nəşriyyatında tanınmış jurnalist və publicist, professor Qulu Məhərrəmlinin “Gələcəyə ön söz” adlı kitabı çapdan çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə həsr edilmiş kitabda müəllifin 2013-2019-cu illərdə “Ayna” qəzetində və ayna.az saytında dərc edilmiş publisistik məqalələri toplanmışdır. Müxtəlif mövzuları əhatə edən bu yazılarda yaşadığımız dövrün, cəmiyyətin və ölkənin ən fərqli problemləri, o cümlədən Azərbaycan mediasının problemləri qələmə alınmışdır.
Müasir dünyamızda mövcudluq uğrunda çarpışan insanların üzləşdiyi müxtəlif sosial-mənəvi problemlərdən, müasirlərimizin duyğu və düşüncələrindən bəhs edən bu yazılar bütövlükdə yaşadığımız dövrün mürəkkəb mənzərəsini yaradır.
Kütləvi tirajla çap edilmiş kitabın redaktoru və ön sözün müəllifi Elçin Şıxlı, bədii tərtibatı Fəridə Ziyadova, dizayneri Səbinə Vəzirovadır.
Dalidag.az
Kateqoriya: Karusel / Kitab köşkü
Tarix: 25-12-2019 15:01
Baxış sayı: 31 163Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)




















