Reklam
İsmayıl Şıxlının kitabı işıq üzü gördü
19-12-2019 10:29

Mədəniyyət Nazirliyinin sifarişi ilə Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Мир мой умерший” (“Ölən dünyam”) adlı kitab işıq üzü görüb.
Dalidag.az xəbər verir ki, roman böyük yazıçının həyatının son illərində, özünün yüksəldiyi mənəvi-intellektual mövqedə dünyaya və insana münasibətinin ədəbi fəlsəfi təzahürüdür.
Eləcə də Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Mirəli Mirqasımovun həyat və yaradıcılıqından bəhs edən kitabının nəşri başa çatdırılıb. Kitabda heykəltəraşın həyat yoldaşı Gültəkin xanım Mirqasımovanın xatirələri sayəsində böyük sənətkar haqqında bilinməyən səhifələr açılıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə musiqişünas, pedaqoq Kəmalə Cahangirovanın “Qanun məktəbi. Qanun partiyası” adlı dərslik işıq üzü görüb. Dərslikdə qanun alətinin yaranması, tarixi inkişafı və təkamülündən bəhs olunur. Həmçinin dərslikdə qanun alətində çalğının əsas qayda və üsulları, metodiki göstərişlər, melizmlər, ştrixlər, templər, alterasiya və dinamik işarələr, not, xana ölçüləri haqqında geniş məlumat verilib.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitablar Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və musiqi məktəblərinə paylanılacaq.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 19-12-2019 10:29
Baxış sayı: 3574Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















