"Neçə il Novruz bayramını ürəyimizcə keçirə bilmədik" - “Çovdar və Şahkərəm” Cəmiyyətinin təbriki!
19-03-2022 13:31
“Torpaqlarımızın yağı tərəfindən yağmalanması, neçə illər Novruz bayramını ürəyimizcə keçirməyə imkan vermədi”Bu sətirlər “Çovdar və Şahkərəm” Cəmiyyəti üzvlərinin Novruz bayramı münasibətilə Dalidag.az-ın elektron poçtuna göndərdikləri təbrik məktubundandır.
"Hörmətli Kəlbəcərlilərimiz!
Sizi, Sizin timsalınızda Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.
Mənəvi dünymızı zənginləşdirən Novruz bayramı milli birliyimizin rəmzidi.
Qədim tarixi olan, türk-müsalman dünyasında qeyd edilən bu bayramın gəlişi hər evdə, hər ailədə xoş əhvali-ruhiyyə yaradır, insanlara yeni stimul verir.
Artıq yazın nəfəsi, baharın ətri, duyulmaqdadır. Baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı insanlara xoş bir müjdədir...
Yetmiş ildən artıq sovet ideologiyası Novruz bayramını keçirməyə müəyyən qadağalar qoysa da, xalqımızın qan yaddaşından silə bilmədi. Xalqımız ən çətin dövrlərdə ənənə və dəyərlərini, milli bayramlarını yaşatmağı bacardı. Və bu günə - Müstəqillik dövrünə gətirib çatdırdı.
Torpaqlarımızın yağı tərəfindən yağmalanması isə, neçə illər Novruz bayramını ürəyimizcə keçirməyə imkan vermədi. Həyət-bacamızda çərşənbə tonqallarını yandırmaqdan çəkindik, bir çox hallarda isə, həm də utandıq. Artıq azad olunan yurd yerlərimizdə çərşənbə tonqalları çatılır, torpağın yaz nəfəsinə çərşənbə tonqallarının istisi qatılır.Yurd ağrımıza, bənövşə həsrətimizə son qoyuldu.
Xalqımızın gözəl bayramı olan Novruz münasibətilə sizi təbrik edir, xoş gələcək, əmin-amanlıq, bol ruzi, bərəkət, arzulayırıq. Baharın gəlişi hər bir ailəyə səadət, xoşbəxtlik gətirsin", - deyə təbrik məktubunda bildirilir.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 19-03-2022 13:31
Baxış sayı: 2420Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















