Reklam
"O dağlarda Tanrı sənə yaxındı"- İslam Türkayın Bəhmən Vətənoğluya məktubu
27-11-2019 20:47
Dalidag.az İslam Türkayın rəhmətlik Bəhmən Vətənoğlunun sağlığında "Ömrü eləmişəm yarı, bəs hanı?"şerini dinlədikdən sonra böyük şairə yazdığı məktubu təqdim edir:BƏHMƏN VƏTƏNOĞLUNA
O dağlarda gileylənmə, amandı,
Səsin gəlib bizə çatdı, qardaşım.
Bu da belə bir dövrdü, zamandı,
Buralarda çathaçatdı , qardaşım.
Orda sənin şerin, sözün yaralı
Burda mənim rəngim-rufum saralı.
O dağlarda qeybətlərdən aralı
Kef-damaqdı, toy-busatdı, qardaşım.
Köçüm getdi o durnanın köçündə,
Meylim yoxdu dövlətində, heçində...
O güllərin, çiçəklərin içində
Könül toxdu, can rahatdı ,qardaşım.
Burda yolu bağlı qalıb filin də ,
Orda ceyran qayaların belində...
Burda ömür saatların əlində,
Orda ötən vaxt azaddı , qardaşım.
Yaddan çıxar orda qəm də, qəhər də,
O dağlarda bal dadıyar zəhər də.
Qəbirə də bashabasdı şəhərdə,
Orda şükür, iş babatdı, qardaşım.
Deyirsən ki “ömür yarı, bəs hanı?..”
Kim qazandı o şöhrəti, o şanı?
Kim sıyrıla, kim qınında paslanı,--
Bilmək olmaz, bu həyatdı, qardaşım.
Bu dəryadı, burulğandı,axındı,
Hünərin var, bu axında ax indi.
O dağlarda Tanrı sənə yaxındı,
Orda ölmək mükafatdı, qardaşım..
İslam Türkay
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 27-11-2019 20:47
Baxış sayı: 3769Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















