Reklam
“Kəlbəcərin çaylarından gündə 100 dollarlıq qızıl yığa bilər” - erməni bloger
31-10-2019 22:10

Erməni blogerlərdən biri Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna növbəti səfəri haqda yazıb.
Dalidag.az xəbər verir ki, Rusiya mediasında yer alan məlumata görə, materialda əsasən Kəlbəcər dağlarının füsunkar mənzərələrindən, adi bulaqlarından, mineral və qeyzer sularından, eləcə də bu yerin torpağının, daşının qızılla, digər qiymətli metallarla zənginliyindən bəhs edilir.
“Bu işdə anlayışı olan bir dostum deyir ki, Kəlbəcər dağlarından axan çayların sahilindəki qumu adi bir ləyəndə yuyub-ələsən, gündə 80-100 dollarlıq qızıl əldə edərsən. Qumun içindəki qızıl kiçicik dənələr şəklində olur. Dostum nümunə üçün gəzdiyimiz çayın sahilindəki qumdan azca götürüb əlində yuyub-ələməyə çalışdı və 15 dəqiqə sonra ovcunda günəşin altında parıldayan qızıl dənəciklərini mənə göstərdi... Dağlardan axan çay (xüsusən güclü yağışlar zamanı) illərlə süxur parçalarını oyur və sonra onların qiymətli hissəcikləri çayın sahili boyu çökür...”- dağlarımızı sərbəst gəzən erməni belə yazır.
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 31-10-2019 22:10
Baxış sayı: 3708Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























