Reklam
Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı olub - ŞƏKİLLƏR
25-10-2019 13:31
Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-tədqiqatçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı keçirilib.Dalidag.az xəbər verir ki, tədbirin aparıcısı tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir kitabın sırf elmi-filoloji aspektdən araşdırıldığını və müəllifin Xatirə Fərəcli yaradıcılığına bir qədər də fəlsəfi rakursdan yanaşdığını iştirakçıların diqqətinə çatdırıb, kitabla bağlı müəyyən məlumatlar verib.
Tanınmış şair Ofelya Babayeva kitabdakı elmi cəhətləri vurğulamaqla, müəllifin filoloji sahədə müəyyən qeyri-adiliklər etməsinə diqqət çəkib.
Nəğməkar şair Yusif Nəğməkar kitabdakı fəlsəfi nüansları müəllifin uğuru kimi qiymətləndirərək nəşrlə bağlı fikirlərini bölüşüb.
Digər çıxış edənlər- alim Nizami Muradoğlu, şair-publisistlər Şöhlət Əfşar, Balayar Sadiq, Arif Musa, Nəcibə İlkin, Xalidə Nuray, İbrahim İlyaslı, Sona Abbasəliqızı, Qənir Mehdixanlı, Fəxrəddin Meydanlı, Əməkdar jurnalist Rəhman Orxan, jurnalist Natella Asena və digərləri Hikmət Məlikzadənin poetik yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığına da müxtəlif rakurslardan münasibət bildiriblər, təqdim olunan kitabın maraqlı araşdırma və qeyri-adi bir tədqiqat işi olduğunu söyləyiblər, müəllifə uğurlar arzulayıblar.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, gözəl şeirlər müəllifi Xatirə Fərəcli eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində məsləhətçi vəzifəsində çalışır, daima ictimaiyyət arasındadır. Ədəbi mühitdə öz yeri, öz çəkisi olan xanım yazar oxucular tərəfindən də çox sevilir.
Dalidag.az











b







Kateqoriya: Karusel / Kitab köşkü
Tarix: 25-10-2019 13:31
Baxış sayı: 32 221Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30











.jpg)
















