Reklam
Türk Şurasının 10 illiyi ilə bağlı kitab çapdan çıxdı –Şəkil
16-10-2019 15:57
Türk Şurası Katibliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Türk Şurasının 10 illiyi münasibətiilə “Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi” adlı birgə kitab buraxıb.
Məhdud sayda və ingilis dilində buraxılmış kitabda Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Soronbay Jeenbekov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orbanın məqalələri yer alıb. Həmçinin kitabda Türk Şurası baş katibi Bağdad Amreyev, Türk Şurasının digər institutlarının rəhbərlərinin və üzv ölkələrin beyin mərkəzlərinin rəhbərlərinin, o cümlədən BMTM-in sədri Fərid Şəfiyevin məqaləsi dərc olunub. Kitab Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurası və Türk Şurasının VII sammiti çərçivəsində üzv ölkə başçılarına və hökumət nümayəndələrinə və xarici işlər nazirlərinə təqdim olunub.
Kitabın redaktorları Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev və BMTM-in şöbə müdiri Cavid Vəliyevdir.
Kitabın redaktorları Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev və BMTM-in şöbə müdiri Cavid Vəliyevdir.
Dalidag.az
Kateqoriya: Karusel / Kitab köşkü
Tarix: 16-10-2019 15:57
Baxış sayı: 3955Yazı axını
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
Ən çox oxunanlar





























