İki qardaş haqqında pritça

16-10-2019 14:32
Çox-çox əvvəllər kəndlərin birində iki əkiz qardaş dünyaya göz açdı. Baxmayaraq ki, doğumları arasında fərq dəqiqələr idi, qalan bütün həyatı boyu ilk doğulan qardaş özünü böyük və deməli daha ağıllı hesab edirdi. Qardaşlar artıq böyüyəndə elə oldu ki, bir yolçu  gecələmək üçün onların evlərində qaldı. Bəlli oldu ki, o Ruh adamıdır və Müdrikdir. Bu vaxt kəndin insanları qonşu camaatla müharibə aparırdı. Bu müharibə insanlara artıq çoxlu qəm-qüssə gətirmişdi. Amma heç kim bilmirdi ki bu müharibədən və ölümdən necə yaxa qurtarsınlar. Və qardaşlar Müdrikdən nəsihət istədilər.

Ruh adamı onlara qulaq asıb, həyatın və ölümün mənası barədə onlara sadə həqiqətələr söylədi. O onlara insanların dünyasında nə baş verdiyi barədə, insan təbiətinin duallığı haqqında, nə onu cahalətin zəncilərində saxlayır və bundan necə azad olmaq barəsində danışdı. O, həqiqi yolu necə tapıb Ruhunu xilas edib həyatın və ölümün hüdudlarından kənardakına necə yetişə bilmək barədə danışdı. Sonda isə dedi: “Ölümdən xilas olmaq yalnız Həqiqəti dərk etməklə mümkündür. Həqiqət-daxilin nailiyyətidir. Həqiqət yolçuluğu-zahirin. Və yalnız bu Yolu keçməklə siz Həqiqəti dərk edib ölümdən xilas ola biləcəksiniz”. Amma qardaşların hər biri Müdrik insanın sözlərini öz bildiyi kimi başa düşdü. Və hərəsi Ruhunu xilas etmək üçün öz yolunu seçdi. Böyük qardaş qərara aldı ki, özünü ruhani biliklərlə kamilləşdirsin. O doğma əyalətini tərk etdi ki, müharibədə iştirak etməsin. Çoxlu ölkələri gəzdi və yerli xalqların dinlərini öyrənib ən yaxşı hesab etdiyini, onu tez bir vaxtda “daxili nailiyyətə” yetirəcək olanını seçdi. Sonunda ən müxtəlif bilik və təcrübələr qazanaraq öz səylərində o qədər irəlilədi ki, özünü Nurlanmış, ilahi təqdirlə xeyir-dua verilmiş, seçilmiş saydı. Bu zaman özü buna o qədər inandı ki, başqaları da ona inandılar və ondan öyrənməyə başladılar.

Balaca qardaş isə insanların yanına getdi və Müdrikdən eşitdiyi sadə həqiqətləri onlara danışmağa başladı. Bəziləri onunu sözlərinə qulaq verərdi. Digərləri onun sözlərinə gülərdilər, çünki bu dünyada hər şeyin allahların məsləhətlərinə qulaq asan hökmdarların həll etdiyini zənn edirdilər. Amma sonra hətta kimlər ki gülürdülər, onla da bu gəncin sözlərini diqqətlə dinləməyə başladılar, belə ki, onun dedikləri doğru idi, onlarda Həqiqət var idi. Və insanlar ona deyirdilər ki,  müharibə istəmirik, heç kimi öldürmək və özləri də ölmək istəmir. Amma biz nə edək, bizi ki, döyüşməyə məcbur edən hökmdarlardır axı? Bu sözlərə gənc cavab verdi: “Əgər hökmdarlar dağıda bilir amma qurucu ola bilmirlərsə onların faydası nədir ki? Əgər onlar ölünü diriltmək gücündə deyillərsə onda necə diriləri ölümə məhkum edə bilərlər? Hər bir insan ağacdan budağı qopara bilər, amma onu ağaca birləşdirməyi yalnız Usta bacarar. Hökmdar isə-o yalnız bir insandır. O da istənilən biriniz kimi ölümdən qorxur və ona görə də əmrlər verməklə öz döyüşçülərinin həyatlarının arxasında gizlənir. Amma onun əmrlərini yerinə yetirən sizsiniz. Hökmdar təkdir siz isə çoxsunuz. O özünə güclü deməklə sizi aldadır, çünki onun gücü iradənizə zidd, onun iradəsini yerinə yetirən sizsiniz. Əgər insanlar silahlarını qoysalar, döyüşəcək kimsə olmayacaq. Dağın gücü zirvəsindəki daşda yox onun yekparəliyindədir”. Və insanlar bu müdrikliyi anladılar və müharibə etdikləri qonşu cammata da çatdırdılar. Həqiqət eşidilmişdi. Və insanlar silahlarını qoydular. Bu cür, Müdrikin həqiqi sözlərini insanlara çatdıran sadə bir gəncin sayəsində müharibə bitdi və sülh yarandı. Və çoxlarını Həqiqət xilas etdi və çoxları ona yol tapdı.

Amma zaman tez axır. Qardaşların dünyəvi illəri keçdi. Necə ki, eyni gündə doğulmuşdular elə də eyni gündə öldülər. Yorulmadan göstərdiyi səylərinə görə böyük qardaş elə böyük ruhani zirvələrə çatmışdı ki, arxasında Çinvat körpüsünün yüksəldiyi Keşikçinin qarşısına çıxa bilmişdi.  Və ona, balaca qardaşının körpünü keçib Qapıçının özünün onun üçün Əbədiyyətə qapılarını açdığını görmək nəsib oldu. Və bu gördüyü böyük qardaşı o qədər heyrətləndirdi ki, qalan bütün doqquz reinkornasiyanı da gördüyü barədə xatirəni saxlayıb bu barədə insanlara danışmaqla balaca qardaşının yolu ilə getdi.

Anastasiya Novıx
Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 16-10-2019 14:32
Baxış sayı: 3740
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını