Reklam
Rafiq Yusifoğlu:"Alim də, çoban da, qarpızsatan da indi şeir yazır, nəğmələr qoşur..." -ŞEİRLƏR
15-04-2020 14:41
Aldandıq tamahın “bal nəfəsi”nə,
Yaxşıca alınıb köpümüz indi...
Biz qulaq asmadıq Haqqın səsinə,
Şeytan əlindədi ipimiz indi...
Dalidag.az şair, filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunun günümüzlə səsləşən yeni şeirlərini təqdim edir:
TANRININ QARĞIŞI TUTUB BƏŞƏRİ
Bizim dünyamızda nə çox cihaz var?
Qorxunc sıldırımın ucundayıq biz.
Düşmür əlimizdən mobil cihazlar,
Bilmirik kimlərin ovcundayıq biz...
Günahsız fağırın gözü dağlanıb,
Səsimiz çıxmayıb, daşa dönmüşük.
Biz də ayağına cihaz bağlanıb,
Göyə buraxlan quşa dönmüşük...
Peşmansan kiməsə salam verəsən,
Bilirlər getdiyin küçəni belə.
Çətin ki, gizlicə çiçək dərəsən,
Görürlər qəlbinin içini belə...
Bizi izləyirlər qarabaqara,
Düzlükdən dəm vurub, basırlar gopa.
Qorxmurlar dənizlər coşa, qabara?
Qorxmurlar dünyada qiyamət qopa?
Odlara tullayıb yazıq həkimi,
Müdir “Qalanvaqen”, “Cip” hayındadı.
İnsanlar qırılır qarışqa kimi,
Bu acgöz harınlar cib hayındadı...
Biz necə barışaq bu ömür ilə?
Doğma ola-ola yada dönmüşük.
Çox su aparacaq bu xəmir hələ,
Hamımız hörüklü ata dönmüşük...
Qalıbdır kasıbın unu tabaqda,
Harınlar ləzzətlə izləyir bizi...
Bir Allah bilir ki, hələ qabaqda
Daha nələr, nələr gözləyir bizi?!
Deyəsən yaxındır dünyanın sonu,
Yer-göy üsyan edir, qalxıb ayağa...
Bəşər maskalanıb, qorxur ki, onun
Üzünə göylərdən tüpürcək yağa...
Aldandıq tamahın “bal nəfəsi”nə,
Yaxşıca alınıb köpümüz indi...
Biz qulaq asmadıq Haqqın səsinə,
Şeytan əlindədi ipimiz indi...
Vallah yaxındadır, məhşər yaxında,
Qarışıq salmışıq xeyiri, şəri.
Hamımız yatmışıq fil qulağında,
Tanrının qağışı tutub bəşəri...
Dünyada nə qədər qəlbi sınıq var,
Düşüb zalımların birə kürkünə.
Hələ qarışdadır ağır sınaqlar,
Şükür edəsiyik hələ bu günə...
14.04.2020
ÖLÜMƏ MƏHKUMDU HƏKİMSİZ ÖLKƏ
Onun geyimi tək üzü də ağdı,
Tərtəmiz, ağ xalat götürmür ləkə.
Həkim el güvənən bir uca dağdı,
Ölümə məhkumdu həkimsiz ölkə...
Bir vaxt qu quşuna qaz deyənlərin,
Külək fəryadını ərşə daşıyır.
Mənə ucuz dərman yaz deyənlərin,
Ucuz cəmdəyini porşe daşıyır...
Mərdlərə çatarmı namərdin ərki?
Ləkə vurarlarmı qəlbin pakına?
Elə bilirdlər ki, bu yazıq həkim
Borclluymuş bunların zati-pakına...
Susubdur bir yekəqarın yanında,
Üzünə çökübdür xəfif bir kədər.
Pula pul deməyən harın yanında,
Olub hörməti də maaşı qədər...
Axırı belədir ağ edənlərin,
Yetmir köməyinə mülkü, sarayı...
Bir vaxt həkimlərə lağ edənlərin,
Gözündən boylanır imdad harayı!
Həkim virusları almır eyninə,
Hamı evdə qalıb, o işə gedir.
Elə bil kəfəni geyib əyninə,
Qorxunc əzrayılla döyüşə gedir...
Tərləyib eynəyi, göynəyir içi,
Görünməz eləyib duman işığı.
Xəstə cəmiyyəti sağaltmaq üçün
Hələ bəs eləmir iman işığı...
05.04.2020
GƏRƏK TƏMİZLƏYƏK DÜŞÜNCƏMİZİ
İnsan tək yaşamaq çıxıb yadından
Bu bəşər övladı lap ağ eləyir...
Biri yarasaya, biri siçana
Biri də ilana barmaq eləyir...
Hamı yadırğayıb əkib-biçməyi,
Hamı top düzəldir, bomba düzəldir...
Biri hara gəldi soxur burnunu,
Biri döş qabardır, omba düzəldir...
Deyirəm bəlkə də bu bir sınaqdı,
Bu virus məlhəmdi yaramız üçün?
Axı nə şeydi ki, iman dəyişmək
Cinsini dəyişən yaramaz üçün?
Göydən daş yağmazmı dolu yerinə
Meydan oxuyanda bəndə göylərə?
Əgər belə getsə robot gəlinlər,
Ərə veriləcək robot bəylərə...
Calaq olunubdur yaxşı yamana,
Öküzü kəl edər gönü dəyişmək?!
Həsrətik meyvənin ləziz tamına,
İndi dəbə minib geni dəyişmək...
Qutab bişirən də kitab çıxardır,
Ucuz tamadalar məclisdə coşur.
Alim də, çoban da, qarpızsatan da
İndi şeir yazır, nəğmələr qoşur...
Hamı şan-şöhrətə salıbdır meyil,
Bu ana təbiət lap cana doyub...
Dünyanı bu günə viruslar deyil,
Dünyanı bu günə adamlar qoyub...
Qiyamət gözləyir bizi qabaqda,
Toya getməlidi bu virus hələ...
Allahın işinə qarışanları
Tanrı girinc edib bir virus ilə...
Gəl, koronavirus, dönüm gözünə,
Etdin lovğaların dilini gödək...
Bəlkə indi gələ ağlı başına,
Hərə öz işinin dalınca gedə...
Bizi bu günlərə salan nə olub?
Edilən günahı düşünməliyik.
Evdə qalmaq ilə iş bitmir hələ,
Biz evdə sabahı düşünməliyik...
Qayıdıb bu yolu təzədən keçək?
Bizə dərs olmadı Nuhun gəmisi?
Təkcə bu çirklənmiş dünyamızı yox,
Gərək təmizləyək düşüncəmizi! –
Bəlkə xilas edə düşüncə bizi...
03.04.2020
GƏRƏK YER KÜRƏSİ VƏTƏNƏ DÖNƏ
Köksündə ürəyi çevrilib daşa,
İnsan olduğunu insan unudub.
Qənim kəsilibdir qardaş qardaşa,
Bizə Yaradanın qəzəbi tutub...
Havaya burxdıq hisi, pasağı,
Ayın da üzündə ləkə çoxalıb.
Günəşin önünü kəsib hasarlar,
Ana yurdumuzda kölgə çoxalıb....
Suya zəhər qatdıq, göylərə tüstü,
Yerdə insan üçün hava, su çatmır.
Küləyin önündə bəndlər qurmuşuq,
Anamız torpağın havası çatmır...
Bütün canlılara Yer vətən olsa,
Görərik dünyanın əvəzi yoxdu.
Elə yüklənib ki, bu yer kürəsi,
Daha fırlanmağa həvəsi yoxdu....
Sevgidir qoruyan bəşəriyyəti,
Vicdandır, ağıldır hər dərdə dəva.
İnsan olduğunu dərk etsə insan,
Gülşənə çevrilər torpaq, su, hava...
Didərgin salmışıq onu ürəkdən, –
Gərək ilahi ruh bədənə dönə!
İnsanı kiçildər kiçik vətənlər,
Gərək Yer kürəsi vətənə dönə...
04.04.2020
TACLI VİRUS VƏ TƏMİZ HAVA
Təmizlik yaradır koronavirus,
Anlaya bilmirik onu biz amma.
Gəlib ki, məhv edə natəmizləri,
Gəlib ki, dünyanı sala nizama...
O, nə “mən öl” bilir, nə də ki “sən öl”,
Düşübdür hamının kürkünə birə.
Gəlib hasarları söküb dağıda,
Azman cibgirlərin cibinə girə...
Vaxtı yox kimisə əzizləməyə,
Bu balaca varlıq əsir hirsindən.
Gəlib bu dünyanı təmizləməyə
Barıt tüstüsündən, zavod hisindən...
İnsanı səsləyir insan olmağa,
Deyir ki, öyünmə pul-para ilə.
Deyir ki, pis günə qoyduğun Yeri
Necə təmizləyim mən para ilə?!
Deyir: –Pis işlərin bədəlini sən
İndi öz taxtınla-tacınla ödə!
Bəlkə də gəlib ki, bu taclı virus
Bütün tiranları tacından edə....
O, təmiz olmağı, insan olmağı
Sağalmaz dərdlərə dəva gətirib.
Hava təmizlənib o gələn gündən, –
Özüylə bir təzə hava gətirib...
Yaxşının öz yeri, pisin öz yeri,
Dünyada hər şeyin öz qiyməti var.
Allahın işinə qarışanların
Qiyamət günündə qiyaməti var...
30.03.2020
NİQAB VƏ MASKA
Niqaba lağ edənlər,
Hicabı pisləyənlər
İndi maska taxırlar.
Xırdaca, bapbalaca
Virusdanmı qorxurlar?
Bildilərmi boş yerə
Deyilmiş niqab, yaşmaq?
İnsana çox yaraşır
Təmiz adla yaşamaq,
Ləyaqətlə yaşamaq.
Niqab çox ucadaymış
Kinayəli sözlərdən. –
Qadını qoruyurmuş
Virus dolu gözlərdən...
03.04.2020
YARASA VİRUSU
Dünyanı zülmətə
qərq etmək istəyir
Yarasa virusu...
Yarasa xislətlilərdən
Bizi Allah qorusun!
05.04.2020
SÜKUT SƏSİ
Ayın görünməyən üzü
Yeri hey çəkir özünə.
Həsrətdən rəngi saralıb,
Yuxu da getmir gözünə...
Milyon illərdi fırlanır,
Ehtiyacı var dinc ələ.
Susun, bir az mürgüləyib,
Yer bəlkə bir az dincələ!
Bomboş küçəyə baxıram,
Gözlərim dönüb buluda.
Hay-küyündən yer-göy əsən
Şəhər bələnib sükuta...
Qu desən qulaq tutular,
Hənirim daş, şəhər şüşə...
Bu müdhiş sükutun səsi,
Az qalır ki, qulaq deşə!
05.04.2020
YAŞI ALTMIŞ BEŞDƏN
YUXARI OLANLAR
Küçəyə buraxmırlar
yaşı 65-dən yuxarı olanları. –
Qorxurlar ki, amansız virus
yapışa onların yaxasından.
Yaşı 65-dən yuxarı olanlar
evdə oturublar,
həm canlarının, həm də
ciblərinin qorxusundan...
Bir zaman mənəmlik xəstəliyinə
tutulanların hamısı,
indi əlacsız bəndəyə dönüb. –
İndi bu yazıqlar
pəncərədən küçəyə baxırlar
qorxa-qorxa, devikə-devikə.
Yaş –
onların ayaqlarında
kündəyə dönüb,
Qocalıq –
boyunlarında
ağır bir yükə...
11.04.2020
KORONAVİRUS ZARAFATLARI
Həyat eşqini
sönməyə qoymur
bir-birindən məzəli
koronavirus zarfatları. –
Bir boş qalan küçələr
rahatlıq tapıb,
bir də
65 yaşdan yuxuarı olan
kişilərin arvadları...
11.04.2020
DİRİLƏN İNSANLIQ
Ünsiyyət, get-gəl azalsa da,
təmizlik günbəgün
çoxalır elə bil.
Dünyanın puçluğunu dərk edən
kobud adamların da
ürəyi yuxalır elə bil...
Balaca, gözəgörünməz bir
virusun əlində
əsir-yesir qalan insan
günahlarını dərk edib,
için-için ağlayır...
Elə bil bir-biri ilə cismən
görüşə bilməmək
adamları mənən bir-birlərinə
daha çox bağlayır....
İndən belə
düşüncələr saflaşsa əgər,
Çox işlər görüləcək.
“Mənəm-mənəmlik” ölsə,
“Mənim-mənimlik” ölsə,
İnsanlıq diriləcək...
12.04.2020
CANAVAR QAYDALARI
İnsanlar bir-birlərini
əvvəlki kimi sevə,
oxşaya bilmirlər,
bir-birlərini
didib-parçalamağa da
hazırdılar hətta...
İnsanlar daha insan kimi
yaşaya bilmirlər
Canavar qaydaları
hökm sürən həyatda...
13.04.2020
BULUD, DURNA VƏ DRON
Nəhəng arılara bax,
Vızıltıyla uçurlar...
İnsanların başına
Min bir oyun açırlar.
Onu bircə yol görən
Çox çətin ki, unuda.
Bu nəhəng arıların
Bənzəri var buluda.
Hansı tərəfə əsir
Görən əcəl küləyi?
O bulud yağış deyil,
Göydən mərmi ələyir.
İbrət olmayıb, yenə
At oynadır fironlar.
Durnalar gözə dəymir,
Göydə uçur dronlar...
13.04.2020
Rafiq YUSİFOĞLU
Dalidag.az
Yaxşıca alınıb köpümüz indi...
Biz qulaq asmadıq Haqqın səsinə,
Şeytan əlindədi ipimiz indi...
Dalidag.az şair, filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunun günümüzlə səsləşən yeni şeirlərini təqdim edir:
TANRININ QARĞIŞI TUTUB BƏŞƏRİ
Bizim dünyamızda nə çox cihaz var?
Qorxunc sıldırımın ucundayıq biz.
Düşmür əlimizdən mobil cihazlar,
Bilmirik kimlərin ovcundayıq biz...
Günahsız fağırın gözü dağlanıb,
Səsimiz çıxmayıb, daşa dönmüşük.
Biz də ayağına cihaz bağlanıb,
Göyə buraxlan quşa dönmüşük...
Peşmansan kiməsə salam verəsən,
Bilirlər getdiyin küçəni belə.
Çətin ki, gizlicə çiçək dərəsən,
Görürlər qəlbinin içini belə...
Bizi izləyirlər qarabaqara,
Düzlükdən dəm vurub, basırlar gopa.
Qorxmurlar dənizlər coşa, qabara?
Qorxmurlar dünyada qiyamət qopa?
Odlara tullayıb yazıq həkimi,
Müdir “Qalanvaqen”, “Cip” hayındadı.
İnsanlar qırılır qarışqa kimi,
Bu acgöz harınlar cib hayındadı...
Biz necə barışaq bu ömür ilə?
Doğma ola-ola yada dönmüşük.
Çox su aparacaq bu xəmir hələ,
Hamımız hörüklü ata dönmüşük...
Qalıbdır kasıbın unu tabaqda,
Harınlar ləzzətlə izləyir bizi...
Bir Allah bilir ki, hələ qabaqda
Daha nələr, nələr gözləyir bizi?!
Deyəsən yaxındır dünyanın sonu,
Yer-göy üsyan edir, qalxıb ayağa...
Bəşər maskalanıb, qorxur ki, onun
Üzünə göylərdən tüpürcək yağa...
Aldandıq tamahın “bal nəfəsi”nə,
Yaxşıca alınıb köpümüz indi...
Biz qulaq asmadıq Haqqın səsinə,
Şeytan əlindədi ipimiz indi...
Vallah yaxındadır, məhşər yaxında,
Qarışıq salmışıq xeyiri, şəri.
Hamımız yatmışıq fil qulağında,
Tanrının qağışı tutub bəşəri...
Dünyada nə qədər qəlbi sınıq var,
Düşüb zalımların birə kürkünə.
Hələ qarışdadır ağır sınaqlar,
Şükür edəsiyik hələ bu günə...
14.04.2020
ÖLÜMƏ MƏHKUMDU HƏKİMSİZ ÖLKƏ
Onun geyimi tək üzü də ağdı,
Tərtəmiz, ağ xalat götürmür ləkə.
Həkim el güvənən bir uca dağdı,
Ölümə məhkumdu həkimsiz ölkə...
Bir vaxt qu quşuna qaz deyənlərin,
Külək fəryadını ərşə daşıyır.
Mənə ucuz dərman yaz deyənlərin,
Ucuz cəmdəyini porşe daşıyır...
Mərdlərə çatarmı namərdin ərki?
Ləkə vurarlarmı qəlbin pakına?
Elə bilirdlər ki, bu yazıq həkim
Borclluymuş bunların zati-pakına...
Susubdur bir yekəqarın yanında,
Üzünə çökübdür xəfif bir kədər.
Pula pul deməyən harın yanında,
Olub hörməti də maaşı qədər...
Axırı belədir ağ edənlərin,
Yetmir köməyinə mülkü, sarayı...
Bir vaxt həkimlərə lağ edənlərin,
Gözündən boylanır imdad harayı!
Həkim virusları almır eyninə,
Hamı evdə qalıb, o işə gedir.
Elə bil kəfəni geyib əyninə,
Qorxunc əzrayılla döyüşə gedir...
Tərləyib eynəyi, göynəyir içi,
Görünməz eləyib duman işığı.
Xəstə cəmiyyəti sağaltmaq üçün
Hələ bəs eləmir iman işığı...
05.04.2020
GƏRƏK TƏMİZLƏYƏK DÜŞÜNCƏMİZİ
İnsan tək yaşamaq çıxıb yadından
Bu bəşər övladı lap ağ eləyir...
Biri yarasaya, biri siçana
Biri də ilana barmaq eləyir...
Hamı yadırğayıb əkib-biçməyi,
Hamı top düzəldir, bomba düzəldir...
Biri hara gəldi soxur burnunu,
Biri döş qabardır, omba düzəldir...
Deyirəm bəlkə də bu bir sınaqdı,
Bu virus məlhəmdi yaramız üçün?
Axı nə şeydi ki, iman dəyişmək
Cinsini dəyişən yaramaz üçün?
Göydən daş yağmazmı dolu yerinə
Meydan oxuyanda bəndə göylərə?
Əgər belə getsə robot gəlinlər,
Ərə veriləcək robot bəylərə...
Calaq olunubdur yaxşı yamana,
Öküzü kəl edər gönü dəyişmək?!
Həsrətik meyvənin ləziz tamına,
İndi dəbə minib geni dəyişmək...
Qutab bişirən də kitab çıxardır,
Ucuz tamadalar məclisdə coşur.
Alim də, çoban da, qarpızsatan da
İndi şeir yazır, nəğmələr qoşur...
Hamı şan-şöhrətə salıbdır meyil,
Bu ana təbiət lap cana doyub...
Dünyanı bu günə viruslar deyil,
Dünyanı bu günə adamlar qoyub...
Qiyamət gözləyir bizi qabaqda,
Toya getməlidi bu virus hələ...
Allahın işinə qarışanları
Tanrı girinc edib bir virus ilə...
Gəl, koronavirus, dönüm gözünə,
Etdin lovğaların dilini gödək...
Bəlkə indi gələ ağlı başına,
Hərə öz işinin dalınca gedə...
Bizi bu günlərə salan nə olub?
Edilən günahı düşünməliyik.
Evdə qalmaq ilə iş bitmir hələ,
Biz evdə sabahı düşünməliyik...
Qayıdıb bu yolu təzədən keçək?
Bizə dərs olmadı Nuhun gəmisi?
Təkcə bu çirklənmiş dünyamızı yox,
Gərək təmizləyək düşüncəmizi! –
Bəlkə xilas edə düşüncə bizi...
03.04.2020
GƏRƏK YER KÜRƏSİ VƏTƏNƏ DÖNƏ
Köksündə ürəyi çevrilib daşa,
İnsan olduğunu insan unudub.
Qənim kəsilibdir qardaş qardaşa,
Bizə Yaradanın qəzəbi tutub...
Havaya burxdıq hisi, pasağı,
Ayın da üzündə ləkə çoxalıb.
Günəşin önünü kəsib hasarlar,
Ana yurdumuzda kölgə çoxalıb....
Suya zəhər qatdıq, göylərə tüstü,
Yerdə insan üçün hava, su çatmır.
Küləyin önündə bəndlər qurmuşuq,
Anamız torpağın havası çatmır...
Bütün canlılara Yer vətən olsa,
Görərik dünyanın əvəzi yoxdu.
Elə yüklənib ki, bu yer kürəsi,
Daha fırlanmağa həvəsi yoxdu....
Sevgidir qoruyan bəşəriyyəti,
Vicdandır, ağıldır hər dərdə dəva.
İnsan olduğunu dərk etsə insan,
Gülşənə çevrilər torpaq, su, hava...
Didərgin salmışıq onu ürəkdən, –
Gərək ilahi ruh bədənə dönə!
İnsanı kiçildər kiçik vətənlər,
Gərək Yer kürəsi vətənə dönə...
04.04.2020
TACLI VİRUS VƏ TƏMİZ HAVA
Təmizlik yaradır koronavirus,
Anlaya bilmirik onu biz amma.
Gəlib ki, məhv edə natəmizləri,
Gəlib ki, dünyanı sala nizama...
O, nə “mən öl” bilir, nə də ki “sən öl”,
Düşübdür hamının kürkünə birə.
Gəlib hasarları söküb dağıda,
Azman cibgirlərin cibinə girə...
Vaxtı yox kimisə əzizləməyə,
Bu balaca varlıq əsir hirsindən.
Gəlib bu dünyanı təmizləməyə
Barıt tüstüsündən, zavod hisindən...
İnsanı səsləyir insan olmağa,
Deyir ki, öyünmə pul-para ilə.
Deyir ki, pis günə qoyduğun Yeri
Necə təmizləyim mən para ilə?!
Deyir: –Pis işlərin bədəlini sən
İndi öz taxtınla-tacınla ödə!
Bəlkə də gəlib ki, bu taclı virus
Bütün tiranları tacından edə....
O, təmiz olmağı, insan olmağı
Sağalmaz dərdlərə dəva gətirib.
Hava təmizlənib o gələn gündən, –
Özüylə bir təzə hava gətirib...
Yaxşının öz yeri, pisin öz yeri,
Dünyada hər şeyin öz qiyməti var.
Allahın işinə qarışanların
Qiyamət günündə qiyaməti var...
30.03.2020
NİQAB VƏ MASKA
Niqaba lağ edənlər,
Hicabı pisləyənlər
İndi maska taxırlar.
Xırdaca, bapbalaca
Virusdanmı qorxurlar?
Bildilərmi boş yerə
Deyilmiş niqab, yaşmaq?
İnsana çox yaraşır
Təmiz adla yaşamaq,
Ləyaqətlə yaşamaq.
Niqab çox ucadaymış
Kinayəli sözlərdən. –
Qadını qoruyurmuş
Virus dolu gözlərdən...
03.04.2020
YARASA VİRUSU
Dünyanı zülmətə
qərq etmək istəyir
Yarasa virusu...
Yarasa xislətlilərdən
Bizi Allah qorusun!
05.04.2020
SÜKUT SƏSİ
Ayın görünməyən üzü
Yeri hey çəkir özünə.
Həsrətdən rəngi saralıb,
Yuxu da getmir gözünə...
Milyon illərdi fırlanır,
Ehtiyacı var dinc ələ.
Susun, bir az mürgüləyib,
Yer bəlkə bir az dincələ!
Bomboş küçəyə baxıram,
Gözlərim dönüb buluda.
Hay-küyündən yer-göy əsən
Şəhər bələnib sükuta...
Qu desən qulaq tutular,
Hənirim daş, şəhər şüşə...
Bu müdhiş sükutun səsi,
Az qalır ki, qulaq deşə!
05.04.2020
YAŞI ALTMIŞ BEŞDƏN
YUXARI OLANLAR
Küçəyə buraxmırlar
yaşı 65-dən yuxarı olanları. –
Qorxurlar ki, amansız virus
yapışa onların yaxasından.
Yaşı 65-dən yuxarı olanlar
evdə oturublar,
həm canlarının, həm də
ciblərinin qorxusundan...
Bir zaman mənəmlik xəstəliyinə
tutulanların hamısı,
indi əlacsız bəndəyə dönüb. –
İndi bu yazıqlar
pəncərədən küçəyə baxırlar
qorxa-qorxa, devikə-devikə.
Yaş –
onların ayaqlarında
kündəyə dönüb,
Qocalıq –
boyunlarında
ağır bir yükə...
11.04.2020
KORONAVİRUS ZARAFATLARI
Həyat eşqini
sönməyə qoymur
bir-birindən məzəli
koronavirus zarfatları. –
Bir boş qalan küçələr
rahatlıq tapıb,
bir də
65 yaşdan yuxuarı olan
kişilərin arvadları...
11.04.2020
DİRİLƏN İNSANLIQ
Ünsiyyət, get-gəl azalsa da,
təmizlik günbəgün
çoxalır elə bil.
Dünyanın puçluğunu dərk edən
kobud adamların da
ürəyi yuxalır elə bil...
Balaca, gözəgörünməz bir
virusun əlində
əsir-yesir qalan insan
günahlarını dərk edib,
için-için ağlayır...
Elə bil bir-biri ilə cismən
görüşə bilməmək
adamları mənən bir-birlərinə
daha çox bağlayır....
İndən belə
düşüncələr saflaşsa əgər,
Çox işlər görüləcək.
“Mənəm-mənəmlik” ölsə,
“Mənim-mənimlik” ölsə,
İnsanlıq diriləcək...
12.04.2020
CANAVAR QAYDALARI
İnsanlar bir-birlərini
əvvəlki kimi sevə,
oxşaya bilmirlər,
bir-birlərini
didib-parçalamağa da
hazırdılar hətta...
İnsanlar daha insan kimi
yaşaya bilmirlər
Canavar qaydaları
hökm sürən həyatda...
13.04.2020
BULUD, DURNA VƏ DRON
Nəhəng arılara bax,
Vızıltıyla uçurlar...
İnsanların başına
Min bir oyun açırlar.
Onu bircə yol görən
Çox çətin ki, unuda.
Bu nəhəng arıların
Bənzəri var buluda.
Hansı tərəfə əsir
Görən əcəl küləyi?
O bulud yağış deyil,
Göydən mərmi ələyir.
İbrət olmayıb, yenə
At oynadır fironlar.
Durnalar gözə dəymir,
Göydə uçur dronlar...
13.04.2020
Rafiq YUSİFOĞLU
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 15-04-2020 14:41
Baxış sayı: 41 163
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02