Reklam
Ağdaban faciəsi Dədə Şəmşir ocağının və külliyatının da faciəsidir...- Jalə Əliyeva
08-04-2020 16:56
"Qənbər Şəmşiroğlunun böyük kədərinin- Yurd həsrətinin kövrək simləri arxasında Ağdabanı görəcəyinə güclü inamı və qırılmaz ümidi sezmək..."
8 aprel - ən yeni tariximizin daha bir faciəli, qanlı günü kimi yaddaşımıza yazılıb. 1992- ci ilin 8 aprelində gözəl Kəlbəcərin cənnət ellərindən biri - Ağdaban kəndi erməni işğalçılarının amansız hücumuna məruz qaldı. Kəndin 779 dinc sakininə misli görünməmiş işgəncələr verildi. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər öldürüldü, yaşları 90-100 arasında olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırıldı, 12 nəfərə ağır bədən xəsarəti yetirildi, 2 nəfər itkin düşdü... Həmin gecə ustad aşıq, böyük sənətkar Dədə Şəmşir ocağının 16 üzvü acımasızca qətlə yetirildi. Dədə Şəmşirin evi yağmalandı, gülləbaran edildi, əlyazmaları, bütün külliyatı göyə sovruldu... Azərbaycanın müasir tarixində, ədəbiyyatında görkəmli izi və yeri olan bu nəslin şəcərəsi, sələfləri və xələfləri haqqında hazırlamaqda olduğum monoqrafiya üçün lazımlı məlumatları toplayarkən Dədə Şəmşir yurdunun çırağını yandıran, el ağsaqqalı Qənbər Şəmşiroğlunun şəxsən şahidi olduğu bu hadisələri öz dilindən eşidib, onun bu hadisələri hətta nəql edərkən belə hansı sarsıntıları keçirtdiyini görmək çox çətin oldu... Amma, eyni zamanda yaşı artıq səksəni ötmüş, dünyanın hər şirinini-acısını dadmış aqil bir insanın böyük kədərinin - Yurd həsrətinin kövrək simləri arxasında dayanan güclü inamı və qırılmaz ümidi sezmək də inanılmaz bir xoş ovqat verirdi insana! Dövlət başçısının dönməz iradəsinə inam! Ağdabanı bir daha görəcəyinə ümid! Onu dinlədikcə ürəyimdən arzular keçirdi... Allah sizə uzun ömür versin! Allah dövlətimizi və Prezidentimizi qorusun! Biz də inanırıq ki, yolumuzu gözləyən doğma Qarabağımızda zəfər marşımız əzəmətlə çalınacaq, itirdiyimiz bütün torpaqlarda üç rəngli bayrağımız qürurla dalğalanacaqdır! Allah bütün şəhidlərimizə rəhmət etsin! Amin!
Jalə Əliyeva, millət vəkili
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 08-04-2020 16:56
Baxış sayı: 4842
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23