Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışan Qurban Sadıqov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. Qeyd edək ki, Qurban Sadıqov əslən Kəlbəcərdəndir. 1993-cü ilin məlum işğal hadisələrindən sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərində müvəqqəti məskunlaşıb. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Qarabağ füsunkar təbiəti ilə yanaşı, həm də zəngin mədəni irsi və musiqi ənənələri ilə seçilir. Bu müqəddəs torpaq xalqımıza yüzlərlə dəyərli sənətkar bəxş etmiş, Azərbaycan musiqisinin ən nadir incilərindən olan “Qarabağ şikəstəsi” burada yaranmışdır. Bu torpaqlarda yenidən Qarabağ şikəstəsinin səslənməsi hər bir azərbaycanlının qəlbini titrədir, ruhunu oxşayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərlə bağlı xüsusi video-fləşmob

Fərid Muradzadə Durmuşdum beləcə, üzü göylərə, Tanrımı göndərdi, özünmü gəldin?( Rüstəm Behrudi) ÖZÜNMÜ GƏLDİN? Səni bu pəjmürdə dərdli halıma, Tanrımı göndərdi, özünmü gəldin? Səni təkliyimə, tənhalığıma, Tanrımı göndərdi, özünmü gəldin? Saralan ömrümə tər çiçək qadın, Ay həlim, ay ürkək, a göyçək qadın, Göydən yerə endin, ağ mələk qadın , Tanrımı göndərdi, özünmü gəldin? Ətrin qızılgülün qoxusu kimi , Yanğımı söndürdü səsin, su kimi, Yorğun gözlərimin yuxusu kimi, Tanrımı göndərdi, özünmü

Şəhriyar Heydər Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şəhriyar Heydər yaradıcılığından: * * * Bəlkə də bir axşam Allah gələcək, Yığacaq başına yaratdıqların. Hal-əhval tutacaq bir-bir hamıdan, Saracaq yarasın qanatdıqların. Bəlkə də deyəcək, ey bəndələrim, Əfv edin, mən sizi, çox gözlətmişəm! Sizlə görüşməyə üzüm yox idi, Bu üzdən üzümü mən gizlətmişəm. Bəlkə də şeytan da gələcək, o gün, Bu kosmik düşmanlar barışacaqlar. Dünyada ilk acı xatirə

Vüsal Oğuz Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Vüsal Oğuz yaradıcılığından: KREDİT M əhkəmə binasından çıxanda başı qazan kimi qaynayırdı. Hakimin sonuncu sözləri beynində dolaşırdı hələ də. Küçəni keçəndə ayaqları bir-birinə dolaşırdı, az qala. Qorxduğu iş başına gəlmişdi. Bu gün məhkəmə sonuncu qərarını vermişdi. Əslində bilirdi belə olacağını. Amma səhər evdən çıxanda içində nəsə bir ümüd vardı başqa cür olacağına, möcüzə baş verəcəyinə. Ammagözlədiyi

Xaqani Qayıblı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Xaqani Qayıblı yaradıcılığından: BİR GÜN OLAR... Bir gün olar tanımazsan özünü, Tanımazsan, eymənərsən adından! Ya bu həyat bir gün səni unudar, Ya da bir gün həyat çıxar yadından... Anlamazsan bu həyatda yoxsanmı, Yaşayırsan, ya ölübsən çoxdanmı... Nə fərqi var yaş əllimi, doxsanmı Yıxılarsan bir gün ömür taxtından! Vədə yetər, “düş taxtından, düş!” deyər – Həyat səni atqabağı döşdəyər... Azar

Sevinc Elsevər Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Sevinc Elsevər yaradıcılığından: AZAD –Azad! – komandir növbəti dəfə səsi gəldikcə bağırdı. “Azad...” Bu dörd hərfli kəlmə hərbi xidmətdə çoxlarına görə sadəcə rahatlıq gətirən əmrdir, amma mənimçün yalnız söz deyil, keçmişim... uşaqlığım... gələcəyim... taleyimdir... Komandirdən hər dəfə “Azad” əmrini eşidəndə başqalarından fərqli olaraq, içimdən üşütmə keçirdi. Elə hiss edirdim ki, bundan əvvəl bir

Rəna Təbəssüm Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Rəna Təbəssüm yaradıcılığından: UZUN SEVDA YOLU Sunay rəfiqələri ilə gəzintiyə hazırlaşırdı. Həmişə olduğu kimi ən gözəl geyimlərindən seçim edib zövqlə bəzənmək və hamıdan fərqlənmək istəyirdi. Bir yerdə təhsil aldığı universitetin qızları ilə söhbətlərində müasirlikdən, dəbdəbəli geyimlərdən, gözəllikdən bəhs edir, sevincini bölüşürdü. Qızlar öz sevgilisindən və ya nişanlı olduğu oğlan haqqında

Aygün Fikrətqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aygün Fikrətqızı yaradıcılığından: ÖZÜNÜ ÖYRƏTDİN Bir darıxmaq qədərsən... Əsgər yuxusu kimi şirindir sevgin. Desəydim sənə möhtacam bir əsgərin susuzluğutək - inanardın? Məni sıxan xatirələr səngərin soyuqluğuna bənzəyir. Özüm-öz səngərimdə ürəyimlə vuruşmaqdayam... Ac quşların yem axtardığı qədərdi sənin gəlişinə boylanmağım... Üşüdür duyğularımı inamsızlığın bütün hərfləri, bir az da külək

Ayrım Əhməd və ya şair Əhməd adı ilə tanınan Nəbiyev Əhməd Abbas oğlu 1905-ci ildə Kəlbəcər rayonunun (Cavanşir qəzasının) Seyidlər kəndində anadan olmuşdur. Nəvələrinin verdiyi məlumata görə Əhmədin Kəlbəcərin Güneypəyə kəndində yaşayan ana babasının və böyük qardaşı Ədilin dini təhsili olmuşdur. Əhməd iki il böyük qardaşı Ədildən oxumaq, yazmaq öyrənmişdir. 1920-ci illərin ortalarından etibarən Azərbaycanda kənd sovetləri (şuraları) yaradılır. Kəlbəcər rayonunun 9 para kəndini əhatə edən kənd
Yazı axını