Keçmiş girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib. Dalidag.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bildirib: "Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam var, nə də valideynim".

Azərbaycanın ən mühüm layihələrindən biri olan Kəlbəcər rayonunun Zar kəndində aparılan genişmiqyaslı inşaat işləri böyük ümidlər doğurur. Lakin bu ümidlərin fonunda nəzarətsiz və nizamsız inşaat fəaliyyəti, insan həyatına və sağlamlığına təhlükə yaradan səhlənkarlıq faktları ilə müşahidə olunur. Bu yazı məhz həmin təhlükələrin gündəmə gətirilməsi, məsul qurumların hərəkətə keçməsi üçün yazılır. Fövqəladə Hallar Nazirliyinin məsuliyyətsiz nümayəndəsi: Dilsuz müəllim Tikinti sahəsində

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dalidag.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışan Qurban Sadıqov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. Qeyd edək ki, Qurban Sadıqov əslən Kəlbəcərdəndir. 1993-cü ilin məlum işğal hadisələrindən sonra ailə üzvləri ilə birlikdə Bakı şəhərində müvəqqəti məskunlaşıb. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Qarabağ füsunkar təbiəti ilə yanaşı, həm də zəngin mədəni irsi və musiqi ənənələri ilə seçilir. Bu müqəddəs torpaq xalqımıza yüzlərlə dəyərli sənətkar bəxş etmiş, Azərbaycan musiqisinin ən nadir incilərindən olan “Qarabağ şikəstəsi” burada yaranmışdır. Bu torpaqlarda yenidən Qarabağ şikəstəsinin səslənməsi hər bir azərbaycanlının qəlbini titrədir, ruhunu oxşayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərlə bağlı xüsusi video-fləşmob

Fərid Muradzadə Durmuşdum beləcə, üzü göylərə, Tanrımı göndərdi, özünmü gəldin?( Rüstəm Behrudi) ÖZÜNMÜ GƏLDİN? Səni bu pəjmürdə dərdli halıma, Tanrımı göndərdi, özünmü gəldin? Səni təkliyimə, tənhalığıma, Tanrımı göndərdi, özünmü gəldin? Saralan ömrümə tər çiçək qadın, Ay həlim, ay ürkək, a göyçək qadın, Göydən yerə endin, ağ mələk qadın , Tanrımı göndərdi, özünmü gəldin? Ətrin qızılgülün qoxusu kimi , Yanğımı söndürdü səsin, su kimi, Yorğun gözlərimin yuxusu kimi, Tanrımı göndərdi, özünmü

Şəhriyar Heydər Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şəhriyar Heydər yaradıcılığından: * * * Bəlkə də bir axşam Allah gələcək, Yığacaq başına yaratdıqların. Hal-əhval tutacaq bir-bir hamıdan, Saracaq yarasın qanatdıqların. Bəlkə də deyəcək, ey bəndələrim, Əfv edin, mən sizi, çox gözlətmişəm! Sizlə görüşməyə üzüm yox idi, Bu üzdən üzümü mən gizlətmişəm. Bəlkə də şeytan da gələcək, o gün, Bu kosmik düşmanlar barışacaqlar. Dünyada ilk acı xatirə

Vüsal Oğuz Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Vüsal Oğuz yaradıcılığından: KREDİT M əhkəmə binasından çıxanda başı qazan kimi qaynayırdı. Hakimin sonuncu sözləri beynində dolaşırdı hələ də. Küçəni keçəndə ayaqları bir-birinə dolaşırdı, az qala. Qorxduğu iş başına gəlmişdi. Bu gün məhkəmə sonuncu qərarını vermişdi. Əslində bilirdi belə olacağını. Amma səhər evdən çıxanda içində nəsə bir ümüd vardı başqa cür olacağına, möcüzə baş verəcəyinə. Ammagözlədiyi
Yazı axını