Nazim Əhmədli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazim Əhmədli yaradıcılığından: DEYƏN TANRI DA OYAQDI Hərdən qayıdır canıma, bir sınıq agrı, gecələr; ulduzlar göydən perikib, hayana axır, gecələr; sorağı gəlmir, eləmir, ruhum səs-səmir eləmir; gözlərim çimir eləmir, könlüm darıxır, gecələr; qaçdım, ağrının küründən, yıxıldım, dərdin birindən; yuxumun bulud yerindən, elə qar yağır, gecələr; kimsə məni qaralıyıb, dağ başında qar allıyıb; göy

Laçın rayonunda insan qalıqlarının tapılması ilə bağlı görüntü yayılıb. Dalidag.az xəbər verir ki, bu barədə “Faktlarla – Operativ Xəbərlər” Teleqram kanalı video paylaşıb. Bildirilib ki, insan qalıqlarının rayonun Şəlvə kəndi ərazisində tapıldığı iddia edilir. Qeyd edək ki, Ermənistan Birinci Qarabağ müharibəsində xüsusi amansızlıqla qətlə yetirdiyi mülki azərbaycanlıların izini itirmək üçün onları müxtəlif yerlərdə basdırıb və bu gün də taleləri ilə bağlı məlumat vermir.

Fəridə Moran Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi... rubrikasının növbəti şeir ərmağanı Fəridə Moran (Hüseynova) yaradıcılığından: * * * Əgər ürəyim quş kimi çırpınmasaydı sənə doğru, bəlkə də bu qədər əlçatmaz olduğunu anlamazdım heç. İşığını xərclədiyim bu gözlərimi varlığınla ovutmazdım heç... Bilmirəm, bəlkə də inanmayacaqsan Amma, bağıra - bağıra deyə bilərəm ki, indi bütün gecələrimin bir həsrəti var, o da sənsən.! Odur ki, sevgiylə aşıb daşsa da ürəyim, qəlbimin siıyrıntısı

Təranə Musayeva Sevinc Qəribin təqdimatında hekayə ongünlüyüün növbəti hekayə ərmağanı Təranə Musayeva yaradıcılığından: ALMAN MARKALI MAŞIN Alman markalı maşın otelə yaxınlaşanda pəncərələrin bəzilərində sönük işiqlar vardı. Bu işıqlar o qədər sönükdü ki elə şüşələrdə boğulub qalırdı. Çərçivənin nəinki çöl tərəfini, iç hissəsini belə aydınlatmaq gücündə deyildilər. Ətrafı nazık tellərlə qapalı avtodayanacaq otelin arxa tərəfində idi. Burda çox sayda xarici markalı maşın vardı. “WAİT” adlı

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi həmçinin gu0ya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi

Əşrəv Veysəlli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı ustad şair Əşrəf Veysəlli yaradıcılığından: HAYANA APARIR BU YOLLAR MƏNİ Qartal qayaların baxışı ağır, Təhlükə tökülür qaşqabağından. Yolların qırılmaq qorxusu yağır Zirehli dağların daş papağından, Hayana aparır bu yollar məni? Qara buludların qılıncı qında, Əlində çayların ömür yelkəni. Qalıb fikirlərim yol ayrıcında, Çəkir məngənəyə suallar məni, Hayana aparır bu yollar məni? Qırmızı, ağappaq

Mənsurə Xələfbəyli Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Mənsurə Xələfbəyli yaradıcılığından: QAZANC Şəhərin bu başından aldığı ucuz pal-paltarı, o başında bir az baha qiymətə satırdı. Özünün dediyi kimi "şıdırğı" alver edirdi. Məhəllə-məhəllə gəzib: "Səyyar dükan ayağınıza gəlib, ay xanımlar, buyurun, gəlin..."- deyəndə camaat başına toplaşırdı. Müştəriləri ilə söhbətləşə-söhbətləşə əlindəki malları satıb pulları cibinə yığırdı. Aradan xeyli keçirdi. Alveri

Məlahət Hümmətqızı Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Məlahət Hümmətqızı yaradıcılığından: MÖCÜZƏ C əlil qüsursuz cizgiləri olan dəyirmi sifətli, ucaboylu, şux qamətli bir həkim idi. Geyim-keciminə hər zaman fikir verirdi; əyninə kip oturan kostyum geyinir, zolaqlı qalstuk taxırdı. Ağarmış sıx saçlarında gənclik illərinin təravətindən nişanə qalan qara tüklər gözə dəyirdi. Xasiyyətcə mülayim biri idi, buna görə də onu tanıyan hər kəsin rəğbətini qazanmışdı.

Aysel Fikrət Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aysel Fikrət yaradıcılığından: SON GÜN Birdən yaşamağa gücüm çatmasa, İşdi, birdən ölsəm, incimə məndən. Fəsillər dəyişir insan ömrütək, Ayrı pəncərədən baxırsan hərdən. Birdən bu tikantək batan ömrümün Son anı yetişdi, son günü çatdı. Hisslərim qocalıb, göz yaşım bitib, Elə hiss edirəm, ta çataçatdı. Mənim səhərlərə sözüm tükənib, Bir evim olmadı qapısı sınıq. Gözəl gül baxçalı bağım olmadı, Qoca

Kəlbəcərdə avtomobil aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. "Niva" markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Qəza anında avtomobillə birlikdə çaya düşən sürücü Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan 1985-ci il təvəllüdlü Namiq Mamedov müxtəlif bədən xəsarətləri alıb. O Gəncədəki xəstəxanalardan birinə çatdırılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Yazı axını