"Qızım Hökumənin xatirə muzeyi avqustun birinci yarısında hazır olacaq". Dalidag.az xəbər verir ki, bunu teleqraf-a Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib. "İki mərtəbə nəzərdə tutulan muzeyin hazırda ikinci mərtəbəsi tikilir. Burada qızımın şəxsi əşyaları, şəkilləri sərgilənəcək. Həmçinin onun cehizləri də muzeyə yerləşdiriləcək",- deyə C.Əliyev deyib. Milli Qəhrəmanın atası qızının həyat yoldaşı Etibar Əliyevin də muzeyin tikilməsinə dəstək olduğunu açıqlayıb: "Etibar bəylə

Sehran Allahverdi Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı rəssam- şair Sehran Allahverdi yaradıcılığından: HARA YAZIM ADINI Bir adlıq yer Ürəyimi ağrıdır. Hara yazım, Hara cızım adını?! Xəyal məni aparır... Nə ola, müəllimlər gələ, Qulağımı dartalar, Üstünə "səni sevirəm" sözün Cızdığım o partalar Necə oldu, görəsən?! Necə oldu, görəsən?! O göyçək qız, o yanmış, Bu gün çərşənbə tonqalında bir parta taxtasını güclə xilas elədim parası odda yanmış.

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin

Dövlət İmtahan Mərkəzi (DİM) həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində qəbul imtahanları keçirəcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, bu il qəbul imtahanları respublikamızın 24 şəhər və rayonunda təşkil olunacaq. "Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. İmtahanlar Qarabağ Universitetində təşkil olunacaq.

Pərvin Əliyeva Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Pərvin Əliyeva yaradıcılığından: * * * Yaşadığımız bihal yuxulardı. Yuxular səmada, yuxular qatarda, yuxular Təqib edir hər yerdə. Üç dünyadan ibarətdir bu dünya; Yuxu, yazı, yozum. Yüksəkliyə haradan baxırsansa, Başlayır oradan həyat . Ləyaqət nədən başlayırsa, Həqiqətin taleyi də ora qədərdi. Qələbə bəzən saxta təsəvvür oyadır Daş -qalaqlı bəzəyə çevrilir. İstedad mütləq maneə olacaqdır

Elnur Vaqif oğlu Çıraqov Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü təyin edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Elnur Çıraqov STM-in idarə heyətinin üzvü təyin olunub. Qeyd edək ki, müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifi olan Elnur Çıraqov əslən Kəlbəcərdəndir. O 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində

Ənvər Məsud Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Ənvər Məsud yaradıcılığından: ƏLVİDA Sanma, bütün yolları dönüb, sənə azıram, Nə olsun, mən dəlinin könlü bir qadındadı. Şeir kimi oxuma, son məktubdur, yazıram, "Sənə şeir yazmaram!" demişdim, yadındadı? "Nə var, nə yox, necəsən..." halını soruşmuram, Bilirəm ki, yaxşısan, havalar da xoş keçir. Elə mən də yaxşıyam, həsrətdən alışmıram, Zənn etmə, qocalmışam, günüm-ayım boş keçir. Sevgidə, şeirdə

Daha 5 itkin-şəhid dəfn ediləcək. Dalidag.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.

Lətafət Abiyeva Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Lətafət Abiyeva yaradıcılığından: BƏLƏDÇİ SƏNSƏN Buracan yollarım daş-kəsək isə, Neynirəm çəməni ta indən belə?! Payız çiçəyində cazibə olmur, Əyilib öpsə də əlindən belə.... Bu ömrün himninə çevrilib artıq, Köç edən durnanın vida nəğməsi. Nə yaman mürəkkəb suala döndü Göylərdən asılan ümidin "bəs"i?! Burda "qu" səsindən qulaq tutulur, Boz rəngdə sökülür burda dan yeri. İlahi, bu qədər adam

Doğma yurda qayıdan ailələrin sevinci, həyatın ritmini bərpa edən kəndlər və yenidən dirçələn Laçın şəhəri – Böyük Qayıdışın canlı nümunəsi… Laçında öz ata-babalarının qədim ənənələrini dirçəltmək üçün yeni bir nəsil formalaşır. Onlar doğma diyara sahib çıxaraq, bu torpaqları özlərinə əbədi yurd seçiblər. Abadlaşan Laçında körpələrin addımları, uşaqların gülüş səsləri, onların sevinci şəhərin ahəngini gözəlləşdirir. Dövlət başçısının tapşırığı ilə Laçında genişmiqyaslı bərpa və quruculuq işləri
Yazı axını