Çiçək Tağıyeva Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı qürbətdə yaşayan Çiçək Tağıyeva yaradıcılığından: GƏL QAYIDAQ O İLLƏRƏ, ƏZİZİM Könül açar tər güllərin nəfəsi, Bülbüllərin cuşa gələr həvəsi. Yaddan çıxmaz ilk görüşün vədəsi, Gəl qayıdaq o illərə, əzizim! Ömür keçər asta-asta, gunbəgün, İlk məhəbbət ürəklərdə bir düyün. Bir arzu var ürəyimdə, qoy deyim - Gəl qayıdaq o illərə, əzizim! Gözlər görməz öz yaşını yanaqda, Həsrət üzər çiçəkləri

Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dalidag.az xəbər verir ki, aprelin 28-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalı şəhərinə Həsənriz kəndinə yola salınıb. Köçürülənlər (cəmi 33 ailə, 138 nəfər) içərisində Bakı şəhərindən – 15 ailə (65 nəfər); Goranboy rayonundan – 7 ailə (30 nəfər); Abşeron rayonundan –

Azərbaycan ədəbi və elmi fikrində çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olmaq ənənəsi həm ədəbiyyatın və həm də elmin xeyrinə olmuşdur. Bu istiqamətlərdən biri digəri üçün donor funksiyasını həyata keçirmiş və onu tamamlamışdır. Ədəbiyyat tarixindən və elmi fikrimizin keçdiyi inkişaf yolundan bu fakta dair çoxsaylı misallar gətirmək mümkündür. Hazırda da ədəbi-elmi mühitimizdə həmin proses davam etməkdə, ədəbiyyatımızı və elmimizi zənginləşdirməkdədir. Fəaliyyətində bədii yaradıcılıqla elmi

Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib

Eyvaz Əyyub Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Eyvaz Əyyub yaradıcılığından: * * * Yanar ocağına su səpib getdik, Səni yandırdığın ağac qorudu. Bəlkə də getməyə yeri olmayıb, Qoynuna sığındı, səndən yarıdı. Paslanmış sobadan doğulmuş cansan, Hər yarpaq sayıtək qəhrəman yaşar. Tək qalmaq çətindi od alsan belə, Dost yaxın gələndə canda can yaşar. Viran bir obanın qəlbitək döyər, Pas içrə bir soba - keçmiş izidi. Ağac kök salaraq hüzurla boylan,

Aprelin 28-də Xocalı şəhərinə növbəti köç olacaq. Dalidag.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınacaqlar. Köçürülənlər Bakı, Goranboy, Abşeron, Ağcabədi, Sumqayıt, Gəncə, Qobustan, Şirvan və Mingəçevir şəhərləri ilə yanaşı, müxtəlif rayonlardandır. Onların arasında 15 ailə (65 nəfər) Bakı şəhərindən, 7 ailə (30 nəfər) Goranboy rayonundan, 3 ailə

Adilə Aslanova Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasında növbəti şeir ərmağanı Adilə Aslanova yaradıcılığından: * * * Boynumu yanıma salmışam, kədər, Uyuyub qalmışam tənhalığımda. Küçə ağı deyir, şəhər dil tökür, Bayquşlar ulaşır qaranlığımda. Asdım ulduzlardan lal düşüncəmi, Kövrək duyğularım olmadı taraz. Varlıya, kasıba böldüm gecəni, Bunu kasıbların ayağına yaz. Rəsmini çəkərsəm qəmin, harayın, Rənglər sərgi- sərgi boşalar, dolar. Bir ömür paylansa sevgi havayı, O da

Elşən Əzim AYB üzvü, prezident təqaüdçüsü “Su aydınlıqdır” məsəlindən başlayım ki, fikrim də aydın başa düşülsün. Yox, üç məktəbin, bir uşaq bağçasının, bir xəstəxananın suyunun kəsilməsindən danışmayacam, nə işimə qalıb. Mənim işim ədəbiyyatdır ki, ol səbəbdən də su kəsilməsindən törəyən hadiseyi-təfriqə yadıma folklorumuzdan tutmuş klassik ədəbiyyatımıza, ordan da yönü bəri modernizmə, lap postmodernizmə qədər su haqqında deyilən, yazılan məsəlləri, əsərləri gətirdi. Mən də bu deyimlər,

Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası vəfat edib. Dalidag.az xəbər verir ki, şəhidin anası Kifayət xanım dünyasını dəyişib. Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Rüfət Rauf oğlu Şabanov 2020-ci il sentyabrın 27-də Kəlbəcər – Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb. Ölümündən sonra “Hərbi xidmətə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə
Yazı axını