2016-cı ilin 1-4 aprel tarixləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan Ordusunun qəhrəmanlığının bariz nümunəsi olan Aprel döyüşləri əbəs yerə Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dəyərləndirilmir. Bu günlər Aprel döyüşlərindən doqquz il ötür. Azərbaycan Ordusu Aprel döyüşləri nəticəsində 23 ildən sonra xalqımıza ilk böyük Qələbə sevinci bəxş etdi. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistanın hərbi birləşmələrinin təmas

Şahnaz Şahin Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şahnaz Şahin yaradıcılığından: ŞƏKİL ÇƏKİRƏM Mən də bir cürə şairəm. “Ah”la şəkil çəkirəm. İnanmırsan gəl otur Yoxla, şəkil çəkirəm.. Qoy qırağa kətanı, Gey ruhuna butanı. Ağrıyanda sağ yanım, “Sol”la şəkil çəkirəm. Bir az rəng qoy saçına, Həmrəng olsun acına. Bir söz qoy bəxt ucuna Yolla, şəkil çəkirəm… Hər yazılan söz deyil, Hər görənə göz deyəm!.. Min üzü var dözməyin Allah, şəkil çəkirəm… Çıx

İran və ABŞ-İsrail (və bura İordaniya kimi ABŞ və İsraildən asılı olan ölkələr qoşula bilər) arasında müharibə ehtimalı hazırda çox yüksəkdir. Bu müharibənin Azərbaycan üçün çox ciddi təsirləri ola bilər. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a rusiyalı politoloq Sergey Markov İran və ABŞ arasında mümkün müharibə ehtimalı və onun bölgəmizə mənfi təsirləri haqqında danışarkən deyib. Onun sözlərinə görə, birinci ən böyük çətinlik qaçqınlarla bağlıdır: “Azərbaycan kütləvi qaçqın axınına

Vidadi Murtuzayev hüquqşüna s Azərbaycanın xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Avropanın aparıcı ölkələri ilə qurulan münasibətlər də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Almaniya Federativ Respublikası üçün də cəlbedici ölkədir. Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. XIX əsrdə bir sıra alman ailələri Azərbaycan ərazisinə köçüb,

Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-ni maliyyələşdirməkdən imtina etdikdən sonra ona rəğbət bəsləmək çətindir. Dalidag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Aleksandr Boroday deyib. Deputat İrəvanın Moskvanın dəstəyi olmadan çətinliklərin öhdəsindən gələ biləcəyinə şübhə etdiyini bildirib. Onun fikrincə, dünyanın qlobal şəkildə yenidən bölüşdürülməsi kontekstində kiçik Ermənistanın taleyi sual altındadır. “Ermənistan Rusiyasız da

Rəsul Murovdağlı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Rəsul Murovdağlı yaradıcılığından: ŞÜBHƏN OLMASIN Sirri dosta versən, dostdan incimə, Sonu çox açıqdır, şübhən olmasın. İlləri ha topla ömrün üstünə, Yenə çıxhaçıxdır, şübhən olmasın. Əgər həsrətinin odu dərinsə,- eşqdir misra-misra sözü yeritsə... Şeir ürəyinin yağın əritsə, Üzə çıxacaqdır..., şübhən olmasın. Könül arzuları yesir köz daşı, Yazım vərəqlərə közdən söz daşı... . Göylərdə buludlar

Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb. Dalidag.az məlumat verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb. Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.report Dalidag.az

Kəlbəcərin tanınmış ziyalılarından olan Arif Süleymanovun uzunmüddətli araşdırmalar və tarixi faktlar əsasında yazdığı “Başlıbel qətliamı – Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” kitabının təqdimatı keçirilib. Dalidag.az Bashlibel.az-a istinadla xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Akademik zalında keçirilən təqdimat mərasimində millət vəkilləri, alimlər, ictimai-siyasi xadimlər, media təmsilçiləri, ictimaiyyət nümayəndləri iştirak ediblər.Layihənin rəhbəri Mahmud

Ermənistan silahlı qüvvələri bölmələrimizi atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub",- məlumatda bildirilib.

Aybəniz Əliyar Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının bu dəfəki şeir ərmağanı Aybəniz Əliyar yaradıcılığından: *** Sevməyə yaşımız çatdımı görən? Ürək harda durdu, harada dindi? Mən uşaq dalıyca, sən ev dalıyca, Kimin qayğısına qalırıq indi? Kimin ocağına odunuq görən? Kimin çatısına yamağıq axı? Tanrıdan tək bir şey istəyirəm mən, Özümü itirib səni tapmağı... Sevməyə yaşımız çatdımı görən? Bu yaş necə yaşdır, de, hardan bilək? Bəlkə yaş dalıyca, quru dalıyca Boş-boş
Yazı axını