Erməni mediası bir neçə gündür Qafanda “atəş səsi eşidildiyi” haqda məlumat yayır. Dalidag.az xəbər verir ki, yerli sakinlər kiçikhəcmli təyyarələr üçün nəzərdə tutulan Qafan aeroportunda qalxıb-enən təyyarələrə “atəş açıldığını” iddia edirlər. Bildirilib ki, bu gün səhər saatlarında Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan və Baş nazir aparatının rəhbəri Araik Arutyunyan Qafana gəlib. “Arovat” nəşri “yerli şahidə” istinadla yazıb ki, onların təyyarəsi Qafana enərkən yaxınlıqda

1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Dalidag.az xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb. O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb. Dalidag.az

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Göygöl şəhəri, 130 ailəlik yeni qəsəbə, Göygöl şəhər 2 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi

Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Dalidag.az xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə – 90 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı

İşğaldan azad olunun digər rayonlarımız kimi Kəlbəcər də əvvəlki əzəmətini geri qaytarır. Şəhərdə müasir infrastrukturun qurulması birbaşa ölkə rəhbərinin diqqət mərkəzindədir. Dalidag.az -ın Xezerxeber.az-a istinadən xəbərinə görə, millət vəkili Aqil Məmmədov deyir ki, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə prezidentin ehtiyat fondundan 80 milyon manat vəsaitin ayrılması, dövlət başçısı İlham Əliyevin işğal dövründə yerlə bir

Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 milyon manat vəsait ayrılıb. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb Sərəncamla Maliyyə Nazirliyinə bu sənəddə

“Ermənistan Azərbaycanla sülhə danışıqlar yolu ilə getməyəcək”. Dalidag.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert Ermənistanın Azərbaycana qarşı son təxribatçı fəaliyyətlərinə diqqət çəkib: “Ermənistan iki istiqamətdə hərbi toqquşmaya hazırlaşır. Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətindən istifadə edərək Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində şərti sərhəddə artilleriya və zirehli texnikalar cəmləşdirir. Ermənistan rəhbərliyi sülh

Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Dalidag.az

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi MN) məlumat yayıb. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda
Yazı axını