Noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 0:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, noyabrın

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramasından 1 il ötür. 2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonunda yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər yüksək rütbəli zabit şəhid olub, 2 nəfər isə ağır yaralanıb: Şəhid olan hərbçilərin

Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhəti pisləşib. Dalidag.az xəbər verir ki, bu barədə onun vəkili Ceyhun Yusifov bildirib. Müdafiəçi qeyd edib ki, Mahir Quliyev həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib: “Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet, ürək çatışmazlığı və hepatit C xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə koronavirusa yoluxub və 2 ay komada qalıb. Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb

Kəlbəcər rayonunun Zar kəndi yaxınlığında bədbəxt hadisə nəticəsində vəfat edən hərbçi dəfn edilib. Dalidag.az xəbər verir ki, müddətli hərbi qulluqçu Nurəddin Burhan oğlu Mirzəzadə doğulduğu Lerik rayonunda torpağa tapşırılıb. Mərhumun dayısı Vidadi Ordahallı dəfndən görüntülər paylaşıb.

BAŞSAĞLIĞI Səhərimizi ağır xəbərlə açdıq. Amansız ölüm daha bir həmyerlimizin Kəlbəcərə qovuşmaq arzusunu gözündə qoydu. Bu səhər Şahkərəm kənd sakini Hicran Fəxrəddin qızı vaxtsız dünyasını dəyişib. Bu acı xəbər hər birimizi sarsıtdı, ağrıtdı. Başda ağsaqqalımız Fəxrəddin bəy olmaqla, Tovuz xanıma, Suqra xanıma, Vidadi bəyə, Xəqani bəyə, Aqil bəyə və Hicran xanımın bütün doğmalarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik olduğumuzu bildiririk! Allah rəhmət eləsin! "Çovdar və

Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni

Yerini bərk elə, başına dönüm, İndi Göyçənindi sıra, Kəlbəcər... Elman Tovuz Kəlbəcərli dostlara Demə, nə fərqi var, vətən vətəndi, Nə olsun yazılıb hara "Kəlbəcər". Hər yerin başqadı bərəsi, bəndi, Bax bura Tovuzdu, ora Kəlbəcər. Daşı - cəvahirat, torpağı - bəhər, Haqqın işığıdır hər gülən səhər. Alxış eləməyə Dəlidağ yetər, Axı nə gərək var Tura, Kəlbəcər. Çəkilib həsrəti hər nübarının - Yazda çiçəyinin, qışda qarının. Otuz il gözləyən övladlarının Tapılır dərdinə çara, Kəlbəcər. Var olsun

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin inzibati binasında,həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in məsul əməkdaşları, RİH

Kəlbəcər rayonunun dəyərli ziyalılarından olan Əvəz Həsənovun ölümündən bir il keçdi. Əvəz Həsənov 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Beş yaşında olarkən özündən böyük dayısı Şaiq Başlıbel kənd orta məktəbinin birinci sinfinə gedərkən Əvəz ağlayıb dayısı ilə birlikdə məktəbə getmək isrədiyini bildirmiş, babası Yusif kişi onun sözünü yerə salmamış və məktəbə gətirmişdi. Sinif müəllimi Sona müəllimə onu böyük sevinclə qarşılamış.və ona xüsusi qayğı göstərmişdir.

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, faktla bağlı araşdırma aparılır: “Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”
Yazı axını