Reklam

"İşğal günü məddahlar, yaltaqlar, efirdən ermənini söyərək, Kəlbəcəri "anacaq" və..."
18-03-2020 20:40

Əfsuslar olsun, artıq 27 ildir ki, bu tarix dövlətimizin rəsmi qurumları tərəfindən, özəl və hətta dövlət televiziya şəbəkələrində "Milli matəm günü", 70.000 vətəndaşın şəxsi faciəsi kimi yox, Kəlbəcərin anım günü kimi konsertlərin müşahidəsiylə "anılır", qeyd edilir. Yəqin ki, bu il də bu ənənə davam etdirilərək, hansısa məddah, yaltaq, "el ağsaqqalı", "el sairi", "incəsənət xadimi " efirdən danışıb, erməniyə söyərək millətimizə xoş arzular arzulayacaq. 27 ildir "atəşkəs" müqaviləsi adı altında şəhid veririk, analarımızın gözü yaşlı, atalarımızın beli bükükdür. Torpağı işğalda olan millət də atəşkəslə barışarmı? Elə bu sarıdan da, torpaqlarımızın işğalı üzərində özünə iqtisadi-siyasisi karyera qurub, maddiyat hesabına "professor", "akademik" adı almış, iki cümləni Azərbaycan dilində düzgün ifadə edə bilməyən, kökündən-soyundan, atasından-babasından xəbərsiz syavuşlar bizi savadsızlıqları və başıboşluqları ucbatından, kinayəylə təhqir edirlər, bizlərə yuxarıdan baxırlar.
Əziz Kəlbəcərlilərim, hörmətli soydaşlarım, dərdimiz ağırdır, bu tək kəlbəcərlilərin yox, milyondan artıq məcburi köçkünün, siyavuşları və haykanuşların törəmələrini çıxmaq şərtiylə, bütün Azərbaycan xalqının faciəsi və dözülməz dərdidir. Atalar məsəlidir ki, ümümi dərd insanları yaxınlaşdırar , birlik, vəhdət yaradar və bununla da dərdin ağırlığı azalar. Əzizlərim, odur ki, hər bir kəlbəcərlini, qarabağlını və məcburi köçkünlərlə yanaşı bütün azərbaycanlıları bu ildönümü günü birləşməyə və rəsmi qurumlar qarşısında tələb qoymağa, Cənab Ali Baş komandanımızdan torpaqlarımızın azad edilməsi üçün səlahiyyətindən tam istifadə etməsini, səfərbərlik elan edərək müharibə yoluyla torpaqlarımızı azad etməyi tələb etməyə səsləyirəm. Bir qrup Kəlbəcərli məcburi köçkün adından əminliklə deyirəm, bizə ev yox, güzəştli imtiyazlar yox, bizə ata-baba yurdumuza qayıtmaq lazımdır, doğma torpağımızı qaytarmaqda bizə dəstək olun, döyüşək torpaqlarımızı qəsbkarlardan azad edək.
Əjdər Əslisaf İlyasov
Dalidag.az



Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar