Bir vaxtlar qürurla, fəxrlə öyündüyümüz, milyonların şəfa ocağı olan, dünyaca məşhur İstisu indi düşmənlərin yarasına məlhəm, dərdinə çarə olur. Dədə-baba torpaqlarımıza sahiblənmiş erməni vandalları İstisuda kef məclisləri qurur, eyni adlı sanatoriyada dincəlir və fəxrlə öz torpaqları kimi dünyaya təqdim edirlər. Sənin olanı qoruya bilməyəndə belə olur. Bizim kimi... Dalidag.az bildirir ki, Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası

Bu gün görkəmli Azərbaycan şairi, sözdən gəlib, sözə varan Zəlimxan Yaqubun anım günüdür. Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir. 1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan

Zaqatala rayonunda 250 yaşı olan ağac anbar hələ də işlək vəziyyətdədir. Dalidag.az xəbər verir ki, rayonun ucqar kəndlərindən biri olan Yengiyanda yerləşən ağac anbar vaxtı ilə insanların ən böyük yardımçısı olub. Bu anbarda ata-babalarımız qış üçün yığdıqları tədarükü - arpa, buğda, fındıq, qoz, çəltik saxlayıblar. Anbar içindəki məhsulu sağlam saxlamaqla yanaşı, zərərverici həşəratlardan və gəmiricilərdən qoruyub. Yengiyan kənd sakini Şaiq Əlixanov iddia edir ki, Məmmədovlar ailəsinə məxsus

Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu Şuşada Xarrat Qulunun məktəbində muğam dərsləri almışdır. Rus şairi S.Yesenin onu "Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır. Qarabağ,Gəncə,Şirvan,Bakı məclislərində çox məhşur olan Cabbar Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda da tanınmışdır. Cabbar Qaryağdıoğlu

"Müharibənin əleyhinəyəm, amma Qarabağ Azərbaycan torpağı idi və belə də qalmalıdır" Dalidag.az xəbər verir ki, bunu diaspor.info saytına müsahibəsində azərbaycan əsilli erməni Hrant Qudmanyan deyib. O, Ukraynanın Ujqorod şəhərində yaşayır. Azərbaycan SSR Vartaşen (indiki Oğuz) şəhərində anadan olub. Bakı hərbi məktəbində oxuyub. Azərbaycan dilində yaxşı danışır. Azərbaycanı vətəni adlandırır və iki dəfə televiziya reportajında vətəni üçün canını verməyə hazır olduğunu bildirib. Ukraynada

Dünya yaranandan sirr və müəmmaları ilə minillərin bu tayında belə insanları düşündürməyi bacarıb. Dalidag.az bildirir ki, üstündən illər ötməsinə baxmayaraq hələ də açıqlanması, çözülməsi mümkün olmayan sirrlər, müəmmalar hökm sürməkdədi. Haqqında danışacağımız "gizli dünyadan gələn adam" kimi. Rəsmi versiyalara görə dünyanın ən sirli hadisələrindən hesab olunan bu müəmma Tokio Beynəlxalq hava limanında baş verib. 1954-cü ilin qızmar yay günlərindən biri idi. Avropadan Yaponiyaya gələn

Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Sevilya” – “Qarabağ” oyununda erməni təxribatının qarşısı alınıb. Dalidag.az sportinfo.az-a istinadən xəbər verir ki, matçın gedişində tribunadakı bir qrup azarkeş erməni bayrağı açıb. Bunu görən İspaniyadakı diasporamızın üzvlərindən biri sərt reaksiya verib. Nəticədə onlar bayrağı yığışdırıblar. Ancaq bir müddətdən sonra erməni olduqları ehtimal edilən həmin şəxslər yenə təxribata əl ataraq, bayrağı açıblar. Diaspora fəalımızın növbəti

Hər gün dünyada yüzlərlə sirli hadisələr baş verir. Texnologiyalar inkişaf etdikcə dünyada baş verən qəribəliklərin sayı da artacaq. İnsanların görə bilmədiyi nüansları məhz kameralar lentə alır. İddia edilir ki, UNO-lar məhz texnologiyaların, xüsusilə də kameraların vasitəsilə insanlara özlərini göstərirlər. Lakin tarixdə bu günə qədər sirli qalan hadisələr mövcuddur. Dalidag.az sizə tarixin ən maraqlı və sirri açılmayan hadisələrini təqdim edir:

Tarix həmişə sirli, müəmmalı hadisələri ilə çəkici və maraqlı olub. Yüzillərin o tayında gizlənən faktlar, hadisələr, əslində nə, nə cür və niyə suallarının cavabını özündə gizlədən məqamların illər sonra açılması da var... Hakimiyyət uğrunda açıq və gizli mübarizələr, müharibələr yaradılışın özünüdərkindən bu yana davam edir və davam edəcək... Dalidag.az bildirir ki, bu günə kimi Leninin hakimiyyətdən getməsi, ölümü haqqında müxtəlif fikirlər səsləndirilib. Həqiqət isə o fikirlərdən yalnız

9 noyabr Dövlət Bayrağı günüdür. Məşhur "Şuşanın dağları” mahnısının da üçrəngli bayraqla bağlılığı var. Dalidag.az mahnının yaranması və onun yazılma tarixini sizlərə təqdim edir. Xalq mahnısı kimi tanınan, indiyədək bir çox sənətkarlar tərəfindən ifa edilən, Şuşanın gözəllikləri əks olunan bu mahnının ilk ifaçısı Xan Şuşinski olub. Xan Şuşinski səsinin qanadlarında təkcə dünyanı dolaşmırdı. O, eyni zamanda, Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini bütün dünyaya tanıdırdı. Buna görə də
Yazı axını