Reklam
Zəlimxan Yaqub:"Qorxum yoxdu ayrılıqdan, ölümdən..."- Video
09-01-2020 18:55
Bu gün görkəmli Azərbaycan şairi, sözdən gəlib, sözə varan Zəlimxan Yaqubun anım günüdür.
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.
1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.
1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.
İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. Zəlimxan Yaqub1983-cü ildən AYB-nın üzvüdür. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.
Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.
2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir.
Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
DÜNYA
Vaxtında uzadıb kömək əlini,
Vermədin mənimlə əl-ələ, dünya!
Nəyimə gərəkdi vaxtı keçəndə,
Göydən qızıl yağdır, ləl ələ, dünya!
Acı yel üstümdən əsdikcə əsdi,
Yağan qar yolumu bağladı, kəsdi.
Gəl, məni bu qədər yandırma, bəsdi,
Mən ki nə Kərəməm, nə Lələ, dünya!
Yolsuz yoxuşlarda yordum dizləri,
Ahımla qurutdum göy dənizləri.
Qaldı kürəyimdə kəndir izləri,
Dərdi dərd üstündən şələlə, dünya!
Aşılmaz dağları mən necə aşım,
Zəlimxan, fikirdən çatılıb qaşım.
O sənin daşındı, bu mənim başım,
Nə qədər istəsən, gəl, ələ, dünya!
PORTRET
Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu bağların təbiətindən,
Coşub-daşmağım var, sozalmağım var.
Sözdən öz ömrümə bir heykəl yonub,
Gözəllik önündə heyrətdən donub,
Arıtək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından köz almağım var.
Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.
Duyğular bağında güllər bitirib,
Bir ömrün içində min ömür sürüb,
Şairtək əlinə qələm götürüb,
Aşıqtək sinəmə saz almağım var.
Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var.
HEÇ VAXT MƏNİ TƏRK ELƏMƏ
Sənsiz tüstü-duman olub,
Göyə qalxar ahım mənim.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.
Dağa çıxsam inadım ol,
Quşa dönsəm qanadım ol.
Sən ünvanım, sən adım ol,
Eşqim mənim, ruhum mənim.
Sular kimi saf ol yaşa,
Hər şeydə sərraf ol yaşa.
Ürəkdə insaf ol, yaşa,
Eşqim mənim, ruhum mənim.
Gözdə işıq, canda heysən,
Sehirli yer, sirli göysən.
Dodaqlarda yanan neysən.
Eşqim mənim, ruhum mənim.
Başım üstə yanan şamsan,
Əlimdə bir dolu camsan.
Füzulimsən, Mövlanamsan,
Eşqim mənim, ruhum mənim.
Gələcəyim, sabahım ol,
Döyüşlərdə silahım ol.
İnamımda Allahım ol,
Eşqim mənim, ruhum mənim.
Fikir vermə ağlı kəmə,
Vaxtsız batma dərdə, qəmə.
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.
SƏN YORULMADIN
Yollara baxmaqdan gözüm yoruldu,
Səni çağırmaqdan sözüm yoruldu.
İradə yoruldu, dözüm yoruldu,
Ey mənim inadım, sən yorulmadın.
Yerlərə, göylərə saldın səs-səda,
Uca zirvələri gətirdin yada.
Üfüqlər nə qədər geniş olsa da,
Ey qolum, qanadım, sən yorulmadın.
Bütün ömrün boyu yardın, yaratdın,
Arzuya yetişdin, mətləbə çatdın.
Ruhuma uyuşdun, könlümə yatdın,
Zəhmətim, ustadım, sən yorulmadın.
Düşmən bostanıma xeyli daş atdı,
Gah möhkəm tutdurdu, gah yavaş atdı.
Təmizlik, halallıq səni yaşatdı,
Məğrur istedadım, sən yorulmadın.
BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM
Mənim yaşım uşaq yaşı deyil ki,
Hər ağacın meyvəsini dərmişəm.
Allah mənə nə veribsə əzəldən,
Mən də onu bu dünyaya vermişəm.
Baxmamışam şeytanların sözünə,
Düz baxmışam həqiqətin gözünə.
Ömrüm boyu sevənlərin üzünə,
Ürəyimi süfrə kimi sərmişəm.
Bu yollarda kim ayılan, kim yatan,
Arzulara kim çatmayan, kim çatan.
Nə ölənəm, nə itənəm, nə batan,
Qızıl sözdən qızıl divar hörmüşəm.
Çox sonalar uçurmuşam gölümdən,
Alov çıxır içərimdən, çölümdən.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm.
SƏFƏR
Sökülür dan yeri, doğur Günəşi,
Səhərin ən gözəl səhərdi, Tanrım.
Ağ günün dalınca bir ağ gün gəlir,
Xəbərin nə gözəl xəbərdi, Tanrım.
Yaratdıqca ürək, yaratdıqca əl,
Daşında gül açır, torpağında ləl.
Sənin yaratdığın hər şeydən gözəl,
Əsərin nə gözəl əsərdi, Tanrım.
Yerin də, göyün də nurlu həyatdı,
Nurdan yarananlar şöhrətə çatdı.
Gör neçə mərtəbə, gör neçə qatdı,
Şəhərin nə gözəl şəhərdi, Tanrım.
Donunu yaşıldan biçir yolların,
Könüldən-könülə köçür yolların,
İnsan ürəyini seçir yolların,
Səfərin nə gözəl səfərdi, Tanrım.
İSTƏRƏM
Yolçular yorulmaz, yollar tükənməz,
Mən elə getdikcə getmək istərəm.
Yollar kənarında ağaclar kimi,
Ucalmaq istərəm, bitmək istərəm.
Ay gedə, gün gələ, bir səhər ola,
Üfüq qızıl ola, şəfəq zər ola.
Mənim çox sevdiyim nəğmələr ola,
Elə ömrüm boyu ötmək istərəm.
Nədir tilsim dünya, tapmaca dünya,
Boyu boyumuzdan çox uca dünya.
Nə deyir insana bu qoca dünya,
Sirlərin sonuna yetmək istərəm.
Zəlimxan Yaqub
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr / Video
Tarix: 09-01-2020 18:55
Baxış sayı: 41 994
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23