Reklam


Ermənistan Arazdəyəndə inşa edilən metallurgiya zavoduna ABŞ bayrağı asmaq istəyir: hesab edirlər ki, zavodda ABŞ bayrağı asılarsa, “Azərbaycan atəş açmaqdan çəkinəcək”. Dalidag.az xəbər verir ki, bu barədə siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib. O bildirib ki, İrəvan bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi ilə müzakirələr aparıb, razılıq əldə olunub: “Ermənistan ABŞ-dan olan investisiya ilə metallurgiya zavodunu Arazdəyəndə inşa etməklə Kərki kəndinin hərbi yolla azad edilməsi

Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər.

Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Laçın rayon polis şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq

Bir az əvvəl "Andranik" metrostansiyasında bir nəfər Aşot Paşinyana (Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu - red.) şillə vurub. Növbəti stansiyada polis vətəndaşı naməlum istiqamətə aparıb. Dalidag.az bildirir ki, bu barədə Qagik Asatryan Feysbuk səhifəsində yazıb. "Şahidlərin bildirdiyinə görə, vətəndaş Aşota "Atana salam verərsən" deyib, daha sonra ona şillə vurub. Aşotik iki qızla birlikdə olub", - o yazıb.Hüquq müdafiəçisi Ruben Melikyan isə yazıb ki, məlumat təsdiqlənsə, vətəndaşı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 51 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 531,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Dalidag.az

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az icmalı təqdim edir.
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından iki il ötür
(4-06-2023, 10:00)
(4-06-2023, 10:00)

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür. Manevr.az xəbər verir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin

Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib. Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib. Adıçəkilən ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən

İyunun 2-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə Razılaşma Məktubu imzalanıb. Sənədi Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dünya Bankının səlahiyyətli nümayəndəsi-Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Mayklimzalayıblar. Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə

Nadir İsrafilov, Təhsil eksperti “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.” Heydər Əliyev. Kimin yarızarafat, yarı gerçək qəbul etməsindən asılı olmayaraq, son günlər "1 sentyabr labirinti" ətrafında yenidən cərəyan edən mübahisə və mükalimələr mənə sanki, son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan “Axırıncı aşırım”dakı təxmini yadımda qalan bir dialoqu xatırladır: - Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Sən hələ
Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
