Reklam


Gəncədə əsgər intihar edib. Dalidag.az oxu.az-a istinadən xəbər verir ki, intihar Gəncədə, “N” saylı hərbi hissədə qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov hərbi hissənin yataqxanasında özünü asaraq intihar edib. Əsgərin intiharının səbəbləri haqqında hələlik məlumat yoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 3-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən

Ukrayna Müdafiə Qüvvələri təkcə son sutka ərzində 630-a yaxın 233 440 rus işğalçısını məhv edib. Dəlidağ.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb. Həmçinin tanklar - 4074 (+4), zirehli döyüş maşınları - 7953 (+9), artilleriya sistemləri - 4346 (+16), zenit raketləri - 661 (+3), hava hücumundan müdafiə vasitələri - 410 (+2), təyyarə - 315, helikopterlər – 309, əməliyyat-taktiki PUA-lar – 3666 (+14), qanadlı raketlər – 1271,
Qərbi Azərbaycan Xronikası: “Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan” - VİDEO
(7-07-2023, 14:01)
(7-07-2023, 14:01)

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb. Süjetdə Qərbi azərbaycanlıların vətəndaşlıqla bağlı hüquqlarının rəsmi İrəvan tərəfindən pozulduğu, Ermənistan hakimiyyətinin bununla da beynəlxalq hüquq normalarını tapdaladığı vurğulanır. Qeyd olunur ki, Qərbi Azərbaycan türkləri öz ölkələrinin, yəni indiki Ermənistanın və ermənilərin milli və dini ayrı-seçkiliyinin qurbanıdır: “Qərbdəki havadarlarının, Rusiya və keçmiş
.jpg)
2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə "Ekspert heyətinin işçi görüşü" keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu

Böyük Qayıdışla doğma yurda dönən keçmiş məcburi köçkünlərin indiyədək müvəqqəti məskunlaşdıqları mənzillər, ilk növbədə, yaşayış şəraiti yaxşılaşdırılmalı olan şəhid ailələrinə verilir. Zəngilan rayonunun Ağalı kəndinə köçmüş ailənin dövlətə təhvil verdiyi mənzildə Laçından olan şəhid ailəsi müvəqqəti yerləşdirilib. Şəhid anası Xoşqədəm Kərimovanın da arzusu tezliklə öz el-obasına qayıtmaqdır… Dalidag.az

İyulun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub. Komitə

Əlahiddə Ümumqoşun Ordunun 2023-cü ilin döyüş hazırlığı planına əsasən komanda-qərargah təlimi keçirilib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə, hissə və bölmələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə və döyüş təyinatı rayonlarına çıxarılıb. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbuletmə üzrə bacarıqlarının və bölmələrin daim

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 229 660 hərbçisi məhv edilib. Dalidag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 052 tank, 7 888 zirehli maşın, 3 557 operativ-taktiki PUA, 4 188 artilleriya sistemi, 390 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 308 helikopter, 6 816 avtomobil və tanker, 583 xüsusi texnikadan ibarətdir.

Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub. Dalidag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb. Bildirilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
