Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Dalidag.az -a Respublika Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə

Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun görüşü keçirilib. Dalidag.az bildirir ki, bu barədə İran XİN məlumat yayıb. Qeyd edilib ki, nazirliyin Avrasiya üzrə baş direktoru Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb,

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin gələn həftə Monqolustana səfər edəcək. Dalidag.az -ın məlumatına görə, Putinin bu ölkədə həbsi müzakirə olunur. Belə ki, Monqolustan Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yuridiksiyasını qəbul edən ölkələrdən biridir. BCM xəbərdarlıq edib ki, Monqolustan hakimiyyəti öz öhdəliklərinə uyğun olaraq Putini ölkəyə səfəri zamanı həbs etməlidir. BCM-nin sözçüsü Fadi əl-Abdallah BBC-yə deyib ki, məhkəmə Monqolustan da

Ermənistanda Atom Elektrik Stansiyasını ildırım vurub. Hadisə səbəbindən stansiya fəaliyyətini dayandırıb. Dalidag.az xəbər verir ki, bunu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib. Onun sözlərinə görə, AES fövqəladə dayandırma rejimində sistemdən ayrılıb.publika.az

Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında Əsasnamə təsdiq edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar qəbul edib. Əsasnamədə Yasaqlığın fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və Yasaqlığın mühafizəsi müəyyənləşib. Əsasnamənin ümumi müddəalarında qeyd edilib ki, Daşaltı Dövlət Təbiət Yasaqlığı təbiət komplekslərinin və ya onların komponentlərinin (nadir və nəsli kəsilməkdə olan

Tarixçi alim, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib. Nəsiman Yaqublunun düşdüyü yol qəzası ilə bağlı ekspertiza və müvafiq araşdırmalar gedirmi? Hansı ilkin versiyalar mövcuddur? Dalidag.az bildirir ki, modern.az saytı bu sualla Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. DİN-in Mətbuat Xidmətinin

Şəmkirdə çobanı ildırım vurub. Dalidag.az -ın məlumata görə, hadisə avqustun 25-də baş verib. Rayon sakini, 16 yaşlı İlham Elmar oğlu Qarayev rayon ərazisində mal-qara otararkən onu ildırım vurub. Nəticədə yeniyetmə ölüb.lent.az

Polşanın Kiyevə verdiyi "PT-91 Tvardi" tankları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunda iştirak edir. Dalidag.az bildirir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib. "Bir ildən çoxdur ki, təhvil verdiyimiz "PT-91 Tvardi" tankları bu gün Kursk vilayətindəki döyüş meydanındadır", - Duda Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Məlumata görə, ümumilikdə Polşa Ukrayna Silahlı Qüvvələrini bu modeldən 60 tankla təmin edib.

Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev vəfat edib. 40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev ötən gün dünyasını dəyişib. O, İmişli rayonunun Bəcirəvan kəndində dəfn ediləcək.

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, avqustun 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, andiçmə mərasimlərində hərbi orkestrların müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
11 / 10 / 2025