"Hazırda yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" "Elm" nəşriyyatındadır". Dalidag.az xəbər verir ki, bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: "Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub". Dalidag.az

Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Sevilya” – “Qarabağ” oyununda erməni təxribatının qarşısı alınıb. Dalidag.az sportinfo.az-a istinadən xəbər verir ki, matçın gedişində tribunadakı bir qrup azarkeş erməni bayrağı açıb. Bunu görən İspaniyadakı diasporamızın üzvlərindən biri sərt reaksiya verib. Nəticədə onlar bayrağı yığışdırıblar. Ancaq bir müddətdən sonra erməni olduqları ehtimal edilən həmin şəxslər yenə təxribata əl ataraq, bayrağı açıblar. Diaspora fəalımızın növbəti

Dünyada bilib bilmədiyimiz, saysız-hesabsız maraqlı və inanılmaz hadisələr baş verir. Dalidag.az ən maraqlı hadisələrdən bir neçəsini təqdim edir: 1. 1985-ci ildə New Orleanlı xilas edənlər həmin il şəhərin hovuzlarında kimsənin boğulmamasını qeyd etmək üçün qonaqlıq verdilər. Bu zaman qonaqlardan biri çox maraqlı bir şəkildə boğulub. 2. 1975-ci ildə bir ingilis cütlüyü televiziyada ən sevdikləri proqramı izləyərkən kişi yarım saat davam edən bir gülmə krizi nəticəsində ürək krizi keçirərək

Rusiyalı yazıçı Aleksandr Puşkinin məşhur “Yevgeni Onegin” əsəri “Christie's” hərracında 152,9 min dollara (260 min manat) satılıb. Hərracın saytında verilən məlumata əsasən, 8 cildlik kitabı 1825-1832 illərdə Sankt-Peterburq nəşriyyatı çaр edib. Bu Puşkinin sağlığı zamanı işıq üzü görən ilk nəşrdir. Rusiya ədəbiyyatına həsr olunan hərracda bir neçə yadda qalan satış həyata keçirilib. Dalidag.az

Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra iki ölkənin deputatlarının da qarşılıqlı səfərləri müzakirə edilir. Bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, artıq bununla bağlı ilkin müzakirələr aparılıb. Bakının artıq Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyanın ölkəyə gəlişinə veto qoyduğunu və bunun Zöhrabyanın Azərbaycanın ünvanına səsləndirdiyi ifadələrlə bağlı olduğu da bildirilib. Zöhrabyan özü isə Ermənistan XİN-in müzakirələr

Azərbaycan Xalq Hərəkatının bu gün keçirilən iclasında dava düşüb. Dalidag.az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirilən iclasın müzakirəsi İsgəndər Həmidovun qurumdan uzaqlaşdırılması ilə bağlı olub. Media nümayəndələrinin iclası sosial şəbəkə vasitəsiylə canlı yayımlanması iclas üzvlərinin bəzilərinin narazılığı ilə qarşılanıb. Bu zaman canlı yayımla bağlı məsələ səsverməyə çıxarılıb. Lakin səsvermə zamanı ara qarışıb və bu iclasın yarımçıq qalmasıyla

Türklüyün simvolu olan bozqurdlar qurdların bir növüdür. Bu canlılar, ümumiyyətlə, ev heyvanlarından adətən qoyunlara, mallara və atlara tələ «qururlar» və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bunun da yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar. Bozqurdlar qurdlar arasında gələnəyə ən çox

"Azərbaycan Dəmir Yolları" QSC-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda aparılan islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, "Şimal-Cənub" və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın

"Bu səfərlər erməni və azərbaycanlı icmaları arasında dialoqa töhfədir" Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqı səfərlər ediblər. Səfəri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun Bakı, İrəvan və Xankəndində olan nümayəndələri təşkil ediblər. "Səfər müddətində

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorunun müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından İmadəddin Nəsiminin ardıcılı, hürufi şair Sürurinin ana dilindəki divanının avtoqraf nüsxəsinin surətini əldə edib. Dalidag.az xəbər verir ki, indiyədək şairin divanının Vatikanın Apostol, İstanbulun Süleymaniyyə və Manisanın şəhər kitabxanalarında saxlanılan divanlarının
Yazı axını