Dünən xəbər verdiyimiz kimi, Kəlbəcərdən olan məcburi köçkün Səməd Mustafazadə və digər təsərrüfatçıların 600 baş qoyunu əllərindən alınmışdı. Dalidag.az bildirir ki, bu barədə xəbər yayılandan sonra problem oxucular arasında təbii ki, birmənalı qarşılanmadı və hər kəs məsələnin tezliklə həll olunmasını tələb etdi. Sözügedən məsələ ilə bağlı ilk məlumatı sosial şəbəkədə tanınmış vəkil Əziz Qənbərov vermişdi. Elə indicə Əziz Qənbərovdan aldığımız məlumata görə, həmyerlilərimizin qoyun sürüsü

İnqilabçı Mirsəyid Sultanqaliyev 1892-ci il iyulun 13-də Başqırdıstan Respublikasının Elimbetova kəndində tatar müəllimin ailəsində doğulub. Kənd məktəbindən sonra Kazandakı Tatar Pedaqoji İnstitutundan da məzun olub. Qaliyev marksist fikirlərlə bu ali məktəbdə tanış olur, məzun olduqdan sonra bir müddət müəllim işləyir. Qaliyevin pedaqoji fəaliyyəti Bakıda yaşadığı dönəmlərə təsadüf edirdi. Dalidag.az tatar inqilabçı Mirseyid Sultanqaliyev haqda yazını təqdim edir: Bir müddət Ufa şəhərinin

Kəlbəcərdən olan məcburi köçkün Səməd Mustafazadə iddia edir ki, 600 baş qoyunu əllərindən məcburi alınıb. İşin əsası tam aydın olmasa da, verilən məlumata və təqdim olunan videoya əsaslanaraq qeyd edək ki, vətəndaşlara qarşı haqsızlıq olduğu görünür. Dalidag.az xəbər verir ki, bu barədə vəkil Əziz Qənbərov sosial şəbəkədə məlumat verib. Vəkil məsələ ilə bağlı Prezidentə, Daxili İşlər Nazirinə və Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısına müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik:

Məlum olduğu kimi, 8-10 may tarixində Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun Kiyev şəhərində Taras Şevçenko Uluslararası Sosial Bilimlər Konqresi keçirilib. Dalidag.az xəbər verir ki, həmyerlimiz, Bakı Dövlət Universiteti, Tarix fakültəsinin dissertantı Ramiz Nəcəfli həmin konqresdə çıxış edib və sertifikatla mükafatlandırılıb. Qeyd edək ki, Ramiz Nəcəfli Kəlbəcər rayonunun Zəylik kəndindəndir.

Tarix boyunca türk qanı daşıyan elm adamlarına, ixtiraçılara, ziyalılara, azad fikirli insanlara qarşı sui-qəsdlər, təxribatlar olub. Sanki türkün inkişafı dünyanın gözünü qorxudub. Bəlkə də indi çoxlarının tanımadığı, bir zaman öz ixtirası ilə dünyanın nəzərini özünə cəlb edən 22 yaşlı azərbaycanlı alim Lətif Vəliyevin də həyatına qəddar qüvvələr tərəfindən son qoyulub. İxtiraçısı olduğu taun əleyhinə vaksinlər sayəsində L.Vəliyev Saratovda insanları ölümdən qurtarır. Qərb mətbuatı onun

ATƏT Parlament Assambleyası “COVID-19-un ATƏT regionundakı münaqişələrə təsiri” mövzusunda vebseminar keçirib. Dalidag.az xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxış edərək səfir Tuula Yrjölanı ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. Azay Quliyev çıxışında bir sıra vacib məqamlara toxunub. ATƏT PA-nın vitse-prezidenti ilk olaraq BMT-nin Baş

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”nın növbəti canlı yayımı olub. Səhifə izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri Sənan Hüseynov, Mənzil-istismar departamentinin direktoru Səbuhi Əhmədov, Repatriasiya departamentinin direktoru Natiq Hüseynov iştirak ediblər. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən

Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Dalidag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx

Dalidag.az məşhur ədəbiyyatşünas-alim, türkoloq, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadənin həyatı ilə bağlı maraqlı faktları təqdim edir. *** Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub. *** 27 yaşında filologiya elmləri doktoru dərəcəsini qazanıb. *** Atası çoban olan Bəkir özü də 14 yaşına qədər çobanlıq edib. Atasının maddi imkanı olmadığı üçün övladlarını oxuda bilmir. Bəkir isə uşaq yaşlarından bir

Lənkəran şəhərinin 80-ci illərin ikinci yarısında çəkilmiş nadir fotoları yayılıb. Görüntüləri məşhur jurnalist Mir Səməd Cəfərli sosial media hesabında paylaşıb. O qeyd edib ki, fotolar naməlum rus fotoqraf tərəfindən kameranın yaddaşına köçürülüb.publika.az Dalidag.az
Yazı axını