Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev 4 ildən bir doğum gününü qeyd edir. Hikmət İzzət oğlu Mirzəyev 29 fevral tarixində Biləsuvar rayonunda doğulub. Məlum olduğu kimi, bu il fevral ayı 28-dən olduğu üçün general-leytenant Hikmət Mirzəyevin doğum günü bu gün qeyd edilir. General-leytenant Hikmət Mirzəyev 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən

Ermənistan prezidenti Armen Sərkisyanın Baş qərargah rəisi Onik Qasparyanı yola gətirmək səyləri nəticə verməyib. Erməni KİV-ləri xəbər verir ki, dünən baş tutan görüşdə generallar və Onik Qasparyan 44 günlük müharibə ərzində Paşinyanın məntiqsiz və “satqın” komandalarına dair yüzlərlə faktları Sərkisyana təqdim ediblər. Və israr ediblər: o, getməlidir! Bildirilir ki, Armen Sərkisyan Baş qərargahın binasını çox dilxor, pərt vəziyyətdə tərk edib. Bu gün səhər saatlarında Nikol Paşinyan Armen

Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndindən videogörüntülər yayıb. Dalidag.az görüntüləri təqdim edir:

Sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat”

Sünik (Zəngəzur) bölgəsində demoqrafik vəziyyət mənfiyə doğru dəyişir. Dalidag.az xəbər verir ki, son bir ildə 1300 erməni Süniki tərk edib. “Joxovurd” qəzeti yazır ki, son bir ildə Ermənistanın bütün bölgələrində əhalinin sayı azalmaqdadır. “Məsələn, Lori bölgəsində 700, Araratda 100, Şirakda 400 nəfər azalıb. Ən çox azalma isə Sünikdə qeydə alınıb: 1300. Bu, yaxşı gələcək vəd etmir”, - qəzet yazır. 44 günlük müharibədən sonra Ermənistanın Sünik bölgəsində qanunsuz irəli çəkdiyi dövlət sərhədi

Bu gün “Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66” ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb. Dalidag.az -ın məlumatına görə, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma

Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib. Dalidag.az xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib. Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu. Yardımlı rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.unikal.org Dalidag.az

Ermənistanın hökumət binası yaxınlığında mitinq keçirilir. Dalidag.az xəbər verir ki, etirazçılar baş nazirin ünvanına "Nikol vətən xainidir!", "Nikol türkdür!" şüarları səsləndirir. Polis 25 nümayişçini saxlayaraq polis bölmələrinə aparıb. Müxalifətin mitinqinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan sərbəst şəkildə 3 saylı binaya daxil olub. Səhər saatlarında çox sayda polis Respublika Meydanını və hökumət binalarını dövrəyə alıb. Nazirlər Kabinetinin 1 və 3 nömrəli binalarının

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Bu gün Ermənistan xalqı ayağa qalxacaq. Dalidag.az xəbər verir ki, paytaxt İrəvanda müxalifət partiyalarından ibarət Vətənin Xilası Hərəkatının kütləvi itaətsizlik aksiyası planlaşdırılır. Etirazçılar baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edir. Ermənistan mətbuatının məlumatına görə, aksiyanın keçirilməsi barədə qərar ötən həftənin sonlarında baş tutan mitinqdə qəbul edilib. Qeyd edək ki, Ermənistanda Nikol Paşinyan əleyhinə kütləvi aksiyalar ötən il noyabrın
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
03-11-2025 10:00